Tarix : 2023 Aug 18
Kod 63797

Ərdəbil valisi: Turizm kəndinin yaradılması Nir turizmini rövnəqləndirəcək

Ərdəbil valisi deyib: Tezliklə Nir şəhərində turizm kəndinin tikintisinə başlanacaq və bu proqram şəhərin turizm sektorunu rövnəqləndirəcək.
arannews:irna-əyalət administrasiyasının bütün idarələrinin müdirləri ilə birlikdə üçüncü dəfə Nirə səfər edən Seyid Həmid Amili, şəhərdəki proyektlərlə tanış olan zaman hökumətin mühüm proqramlarından biri kimi mənzil təminatını qeyd edərək əlavə edib: Nir şəhərində qeydiyyatdan keçmiş 127 şəxs mənzil almaq hüququna malikdir ki, bunlardan 60 evin tikintisində yaxşı irəliləyiş var. Ümid edirik ki, bu il işlər başa çatdırılacaq və növbədə olanların istifadəsinə veriləcək. Qalan 60 evin isə təməlləri atılmışdır.

O, Nir şəhərinin tikinti mərkəzinə çevrildiyini və layihələrin məqsədəuyğun fiziki irəliləyiş əldə etdiyini bildirərək deyib: “Nir şəhərətrafı dövrəvi avtomobil yolunun tikintisi layihəsi var gücü ilə irəliləyir, bundan əlavə, əhalinin tələblərindən biri olan Keriq-Armudəq yolu layihəsi tamamlanıb.

Ərdəbil valisi kənd təsərrüfatı sektorunun ehtiyac duyduğu su təminatını Nir şəhərinin mühüm məsələlərindən biri adlandırıb və deyib: Əhalinin tələbi olan 3500 hektarlıq Sürxab bəndinin icrası illərdir yarımçıq qalmışdır və çalışırıq ki, “Hökumət həftəsi” ərzində görülmüş işləri 2000 hektara çatdıraq, qalan hissəsi isə bu ilin sonuna qədər həyata keçirilsin.

O, həmçinin şəhərin sənaye bölmələrinin problemlərinin araşdırılması və bu bölmələrin infrastruktura ilə təmin olunmasının planlaşdırılması barədə məlumat verib və əlavə edib: Plana uyğun olaraq, Nir sənaye zonası qarşıdakı üç ay ərzində 46 hektar genişləndiriləcək. Kurayimdə sənaye sahəsinin yaradılması da planlara daxildir.

Amili qeyd etdi: Nirdə istixana qəsəbəsinin salınması nəzərdə tutulur və tələb olunan torpaq sahəsi ayrılmalıdır. Bununla yanaşı, heyvandarlıq məntəqəsinin salınması da planlanıb və bu torpaq da investorların ixtiyarına veriləcək.

O, turizmi Nir şəhərinin ən mühüm imkanlarından biri kimi qeyd edərək dedi: Bizim həyata keçirdiyimiz mühüm layihələrdən biri də Nirdə turizm kəndinin yaradılmasıdır ki, bunun üçün hazırlıqlar görülüb.

Ərdəbil valisi əlavə edib: Yaxın gələcəkdə şəhərin turizm sektorunu ciddi şəkildə dəyişdirə biləcək Nir turizm kəndinin icrasına başlanacaq.

Amili xatırladıb: Kənd yolları sahəsində 140 milyard rial dəyərində müqavilə imzalanıb və bu layihələrə 9 milyard rial köçürülüb.

O, Nir şəhərinin infrastrukturunun inkişafı və təchiz edilməsi prosesini məqsədəuyğun qiymətləndirərək əlavə etdi: Nir su təsərrüfatı obyektinin əsas hissəsi istifadəyə verilib, qalan hissələr isə icra mərhələsindədir. Kanalizasiya şəbəkəsinin də beş kilometri qalıb ki, orada da işlər görülmkdədir.

  • Yazılıb
  • da (də) 2023 Aug 18
  • Göndərən رضا رستمی
Açar sözlər