Sionist rejim ordusunun İordan çayının qərb sahilindəki Cenin şəhərinə yeni hücumu nəticəsində bir fələstinli gənc şəhid olub.
arannews:irna-“Əl Ərəbi” telekanalı cümə axşamı günü Qüdsü işğal etmiş rejimin hərbi qüvvələrinin Cenin şəhərinə hücum etdiyini və bu düşərgədə şiddətli toqquşmalara səbəb olduğunu bildirib. Fələstin Muxtar İdarəsi Səhiyyə Nazirliyi də bunu təsdiqləyərək qeyd edib ki, işğalçı qüvvələrin bu şəhərə hücumu nəticəsində Əl-Əqsa Şəhidləri Batalyonunun komandirlərindən olan Mustafa adlı 32 yaşlı fələstinli gənc şəhid olub və bir qadın işçi də sionist rejim əsgərlərinin birbaşa açdığı atəş nəticəsində ağır yaralanıb.
Bəzi mənbələr işğalçı qüvvələr tərəfindən bir neçə fələstinli gəncin həbs edildiyini də xəbər verib.
“Əl-Ərəbi” telekanalı Cenin batalyonuna istinad edərək bildirib: “Müqavimət qüvvələri Cenin şəhərinin şərq bölgəsinə hücum edən sionist rejim əsgərlərinin qarşısında dayanıb və onlara toqquşublar.”
“Əl Cəzirə” telekanalı da təcili xəbərdə Qüdsü işğal edən qüvvələrin bu gün səhər saatlarında Ceninə hücumda şəhid olan Mustafanın evini dağıtdığını açıqlayıb
Telekanal həmçinin sionist qüvvələrin Ceninə bu günkü hücumu zamanı daha iki fələstinli gəncin itkin düşməsini xəbər verib.
Eyni zamanda Fələstinin “Səma” Xəbər Agentliyi də açıqlayıb ki, qəsəbələrdə yerləşmiş sionistlərin yəhudi bayramlarının keçirilməsinə imkan yaratmaq məqsədi ilə dünən gecədən etibarən Məscidül-Əqsanın girişləri fələstinlilərin üzünə bağlanıb.
Digər tərəfdən, fələstinli məhbusların işləri üzrə mənbələr sionist rejimin həbsxanalarında fələstinli məhbuslara işgəncə verilməsi, o cümlədən məhbusların özbaşına köçürülməsi barədə məlumat yayıblar.
Sionist xəbər saytı “Walla” da Ofer həbsxanasında təhlükəsizlik məhbuslarının tənəffüs vaxtının azaldılması məqsədi ilə sionist rejimin daxili təhlükəsizlik naziri Ben Querin bu zindana baxış keçirməsinə diqqət çəkib və onun belə dediyini yazıb: “(Bunlara lütf göstərilib) Əgər İsrail “adi ölkə” olsaydı, bunlar edam edilməli idilər.”