İranın qadınlardan ibarət milli basketbol komandası Asiya kubokunda Qırğızıstana qalib gələrək, ilk dəfə bu yarışın yarımfinal mərhələsinə yüksəlib.
arannews:irna-İranın qadınlardan ibarət milli basketbol komandası Asiya Kubokunun seçmə mərhələsində Qazaxıstanla qarşılaşıb. Malayziya və Monqolustan üzərində iki qələbə və İndoneziya üzərində məğlubiyyətdən sonra İran komandası A qrupunun ikinci komandası olaraq Qazaxıstanla qarşılaşacaq komanda kimi oyunların ikinci mərhələsinə vəsiqə qazanıb. Bu görüşün ilk yarısı İran millisinin yaxşı çıxışı, üç xallıq atmalar, Nigin Rəsulipur və Məsumə İsmayılzadənin üstünlükləri ilə müşayiət olundu. Eleni Kapuçiyaninin yetirmələri birinci və ikinci rübdə müvafiq olaraq 12-20 və 8-7 hesabı ilə qalib gəldilər. Beləliklə, ilk hissədə hesab 19-26 millimizin xeyrinə oldu.
İkinci yarı çox həssas keçdi. Ölkəmizin komandası oyun prosesinə nəzarət edirdi. Sonda 54-41 hesabı ilə qalib gələrək, tarixdə ilk dəfə Asiya Kubokunun (B Divizionu) yarımfinalına yüksəldi.
Ölkəmizin finala yüksələn növbəti rəqibi İordaniya olacaq. Bu görüş cümə günü keçiriləcək.
Asiya Kuboku Tailandın ev sahibliyi etdiyi səkkiz komandanın iştirakı ilə keçirilir. Çempion komanda A səviyyəsinə yüksələcək.