arannews: İRNA-nın siyasi məsələlər üzrə müxbirinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ali Komandirlər Məclisinin üzvləri bu gün 17 avqustda səhər saatlarında İmam Xomeyni (r) Hüseyniyyəsində həzrət Ayətullah Xamenei ilə görüşüblər. İmam Xomeyni (r) Hüseyniyyəsi şəhid komandirlərin şəkilləri və İmam Xomeyninin: “SEPAH olmasaydı, ölkə də olmazdı” məzmunlu kəlamları ilə bəzədilib.
Korona epidemiyasından əvvəl SEPAH Ali Komandirlər Məclisinin üzvləri və komandirləri illik toplantıları ilə eyni vaxtda İnqilabın Rəhbəri ilə görüşmüşdülər. Onların son görüşü 2019-ci ilin oktyabrında general-leytenant Hacı Qasim Süleymaninin iştirakı ilə keçirilmişdi.
İnqilab Rəhbərinin bu görüşdəki bəyanatlarından seçmələri təqdim edirik:
İnqilabın əvvəlində SEPAH-ın formalaşması tarixin böyük inqilabları arasında unikal bir hadisə idi. Fransa inqilabı, bolşevik inqilabı kimi böyük inqilablarda bəzi qruplar meydana çıxdı, inqilabın əvvəlində inqilab tərəfdarları kimi qalxdılar, addımlar atdılar, lakin bu qrup və icmaların heç biri SEPAH-la qətiyyən müqayisə oluna bilməzdi. Onlar dağıdıcı, özbaşına, intizamsız, prinsiplərə riayət etməyən idilər. SEPAH isə belə deyil. SEPAH əvvəldən, qurulduğu gündən inqilabın mərkəzçiliyinin nəzarəti altında formalaşdı.
SEPAH ölkənin hər yerində iştirak edirdi, lakin sözün əsl mənasında onu mərkəz idarə edirdi. SEPAH formalaşdığı gündən onun üzvləri din və fədakarlıq, daimi cihad iştirakı, gecə-gündüz İmamın (r) itaətində olmaq və onun dediklərini tam yerinə yetirmək kimi inqilabi dəyərlərə malik idilər. Heç vaxt bundan ayrı bir iş olmadı, biz əvvəldən bu işlərin içində idik və görürdük.
Ölkənin bütün tarixi boyu, məndə olan məlumata görə, belə bir mənəvi, əxlaqi və siyasi sağlamlığa malik olan heç bir hərbi qrup tanımırıq.
SEPAH, bu unikal və müstəsna fenomen dayanmadı, Yəni, belə deyildi ki, onlar bir hərəkətə başlayıb, irəliləyə, sonra dayanalar. Xeyr, onların hərəkəti bu günə qədər davam edir. Belə ki, təxminən dörd onillik ötməsi ilə nəhəng və tam təchiz olunmuş müdafiə və hərbi mərkəzə sahibik, dünyanın ən böyük antiterror təşkilatına sahibik. Bu gün SEPAH dünyanın ən böyük antiterror təşkilatıdır. Təchiz olunmuş hərbi təşkilatdır. Dünyada bir çox böyük orduların edə bilmədiyi işləri görə bilən səmərəli və müstəqil bir təşkilatdır.
Düşməni tanımaqda səhvə yol verməmək üçün diqqətli olmalıyıq - Amma o bəsirətli gözü ilə buyurdu ki, var gücünüzlə Amerikanın başına qışqırın
Bəzən rastlaşdığımız və düçar olmamağa səy etməli olduğumuz işlərdən biri də budur ki, düşməni tanımaqda səhv etməyək. Bəzən insan düşməni tanımaqda səhv edir. İmam rizvanullah o “bəsirət gözü” ilə – yəni, həqiqətən də o şəxsin qarşısında bundan daha yaxşı ifadə gətirmək olmur; sözün əsl mənasında gizli qatlara nüfuz edən və çox şeyləri görən bəsirət– buyurdu ki, var gücünüzlə Amerikanın başına qışqırın.
Ölkənin bütün məsul işçilərinin borcudur ki, gecə-gündüz zəhmət çəksinlər, yorulmaq bilmədən işləsinlər.
Hazırkı vəzifəmiz insanlara, xüsusən də az təminatlı insanlara kömək etməkdir.