İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Rusiyaya səfəri zamanı müxtəlif növ Rusiya təyyarələri, o cümlədən Suxoy, İlyuşin və Tupolev istehsal edən “UAC” şirkətinin sərgisini ziyarət edib.
arannews:irna-Rusiya Müdafiə Nazirliyinin rəsmi dəvəti ilə İran Silahlı Qüvvələri Baş Qərargahının yüksək rütbəli nümayəndə heyətinin rəhbəri kimi bu ölkəyə səfər etmiş briqada generalı Əziz Nəsirzadə təyyarə istehsalı holdinqinin sərgisini ziyarət edərkən, müxtəlif tipli Rusiya təyyarələrinin, o cümlədən müxtəlif tipli “Suxoy”ların texniki və əməliyyat imkanları haqqında yaxından məlumatlandırılıb. Bu rus şirkətinin baş direktoru və mütəxəssisləri Rusiya istehsalı olan bütün növ təyyarələrin imkanları və texniki göstəriciləri haqqında məlumat təqdim ediblər.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində Çin və Qazaxıstanın müdafiə nazirləri ilə ayrı-ayrılıqda görüş keçirib.
Briqada generalı Nəsirzadə Özbəkistan, Venesuela müdafiə nazirlərinin müavinləri, habelə Rusiya və Səudiyyə Ərəbistanının müdafiə nazirlərinin müavinləri ilə də ayrıca görüşüb.
Bu görüşlərdə tərəflər beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar, ikitərəfli hərbi əməkdaşlığın hərtərəfli inkişafının zəruriliyini vurğulayıblar.
General Əmir Nəsirzadə bazar ertəsi Moskvaya səfərinin ilk günündə bu şəhərin qərbindəki Patriot parkında Rusiya Beynəlxalq Texniki-Hərbi Forumunun “Ordu 2023” adlı sərgisində iştirak edib və bəzi iştirakçı rəsmilərlə də görüşlər keçirib. O, Rusiyanın Müdafiə naziri Sergey Şoyqunu bu sərgidə İran stendini ziyarət edərkən müşayiət edib.
İran İslam Respublikasının müdafiə və hərbi sənayesi Rusiyada keçirilən “Ordu 2023” sərgisində fəal iştirak etməklə yanaşı, ölkəmizin hərbi və müdafiə məhsullarının müxtəlif hissələrini iştirakçılara nümayiş etdirib.
Silahlı Qüvvələrin Baş Qərargahının müavini çərşənbə axşamı Moskvada 11-ci Beynəlxalq Təhlükəsizlik Konfransındakı çıxışında İran İslam Respublikasının çoxqütblü dünyanın formalaşmasının zəruriliyi və beynəlxalq sistemdə mövcud keçid şəraitində İslam İnqilabının təsiri ilə bağlı fikirlərini izah edib.