Çinin Müdafiə naziri İran Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini ilə görüşündə Pekinin İranın milli suverenliyinə hörmətlə yanaşdığını vurğulayıb.
arannews:irna- Li Şanfu bu sözləri Moskvada Rusiyanın beynəlxalq hərbi-təhlükəsizlik tədbirləri çərçivəsində İranın yüksək rütbəli hərbi nümayəndə heyətinin rəhbəri briqada generalı Əziz Nəsirzadə ilə görüşündə deyib. Çinin Müdafiə naziri həmçinin ölkəsinin İran tərəfi ilə müxtəlif ölçülərdə müdafiə və hərbi əlaqələri inkişaf etdirməyə hazır olduğunu açıqlayıb.
General Əmir Nəsirzadə bazar ertəsi Moskvaya səfərinin ilk günündə bu şəhərin qərbindəki Patriot parkında Rusiya Beynəlxalq Texniki-Hərbi Forumunun “Ordu 2023” adlı sərgisində iştirak edib və bəzi iştirakçı rəsmilərlə də görüşlər keçirib. O, Rusiyanın Müdafiə naziri Sergey Şoyqunu bu sərgidə İran stendini ziyarət edərkən müşayiət edib.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Rusiya Müdafiə nazirinin müavini ilə görüşündə hərbi və müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişafına təkid edib.
General Nəsirzadə Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində Qazaxıstanın müdafiə naziri ilə də ayrıca görüş keçirib.
O, Özbəkistan, Venesuela Müdafiə nazirlərinin müavinləri, habelə Rusiya və Səudiyyə Ərəbistanının Müdafiə nazirlərinin müavinləri ilə ayrı-ayrılıqda görüşüb.
Bu görüşlərdə tərəflər beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar, ikitərəfli hərbi əməkdaşlığın hərtərəfli inkişafının zəruriliyini vurğulayıblar.
İran İslam Respublikasının müdafiə və hərbi sənayesi Rusiyada keçirilən “Ordu 2023” sərgisində fəal iştirak etməklə yanaşı, ölkəmizin hərbi və müdafiə məhsullarının müxtəlif hissələrini iştirakçılara nümayiş etdirib.
Bu sərgi avqustun 14-dən 20-dək Moskvanın qərbindəki Patriot Parkında keçirilir.
Silahlı Qüvvələrin Baş Qərargahının müavini çərşənbə axşamı Moskvada 11-ci Beynəlxalq Təhlükəsizlik Konfransındakı çıxışında İran İslam Respublikasının çoxqütblü dünyanın formalaşmasının zəruriliyi və beynəlxalq sistemdə mövcud keçid şəraitində İslam İnqilabının təsiri ilə bağlı fikirlərini izah edib.