Pakistan Xarici İşlər nazirinin yeni müavini İran İslam Respublikası Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavininin təbrik mesajını yüksək qiymətləndirərək, iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün təlaş etmək əzmində olduğunu bildirib.
arannews:irna-Məhəmməd Sirus Qazi Pakistan Xarici İşlər nazirinin 32-ci müavini vəzifəsində rəsmi fəaliyyətə başlayıb. İran Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri Kəni onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Sirus Qazi rəsmi X (Twitter) səhifəsində Baqirinin mesajını yüksək qiymətləndirərək, İranlı həmkarı ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözlədiyini, İran və Pakistan arasında qardaşlıq münasibətlərini daha da gücləndirmək əzmində olduğunu yazıb.
Əli Baqiri Kəni Pakistan Xarici İşlər nazirinin müavininə ünvanladığı təbrik məktubunda bildirib ki, Pakistan İranın dost və qardaş ölkəsidir və Pakistanın Xarici İşlər nazirinin yeni müavini ilə sıx əməkdaşlıq etməkdən sevinc duyur.
Məhəmməd Sirus Qazi Pakistanın yüksək səviyyəli diplomatı kimi tanınır. O, Pakistanın Türkiyə və Macarıstandakı səfiri, Cenevrə, Hindistan və Vaşinqtonda bu ölkənin siyasi missiyasının rəhbəri vəzifələrində çalışmışdır.
Pakistan Xarici İşlər nazirinin keçmiş müavini Əsəd Məcid Xan dünən bu vəzifəsindən təqaüdə çıxıb. O, bu ilin iyun ayında İran və Pakistan arasında ikitərəfli siyasi məsləhətləşmələrin 12-ci raundunda iştirak etmək üçün Tehrana səfər edib.