İranın İraq və Cənubi Koreyada bloklanmış vəsaitləri müqabilində bir neçə amerikalı casusun sərbəst buraxılması çoxlu əks-səda doğurub. Hazırkı məqalə bu yazılmamış müqavilənin vacib məqamlarına və mesajlarına toxunmağa çalışacaq.
arannews: İranın İraq və Cənubi Koreyada bloklanmış vəsaitləri müqabilində bir neçə amerikalı casusun sərbəst buraxılması çoxlu əks-səda doğurub. Hazırkı məqalə bu yazılmamış müqavilənin vacib məqamlarına və mesajlarına toxunmağa çalışacaq.
1. Tərəflərin qarşılıqlı anlaşmasından sonra əldə olunan bu razılaşma JCPOA-nın uğursuzluğuna və İranın nüvə zənginləşdirmə proqramı sahəsində gərginliyin azaldılmasına dəlalət edir.
Əslində, Robert Malidən yayımlanan audio fayldan da göründüyü kimi, İran JCPOA-nı ABŞ-ın ona qarşı hüquq təzyiqi vasitəsi kimi görür. Bu səbəbdən İran praktiki olaraq onu canlandırmağa çalışmır. Çünki JCPOA-nın canlanması bu ölkənin nüvə nailiyyətlərini və ondan irəli gələn müsbət nəticələri məhv etməklə yanaşı, Tehrana bir çox məhdudiyyətlər qoyacaq.
Yuxarıda qeyd olunan məqama əlavə olaraq, İslam Respublikası nüvə zənginləşdirmə proqramından əl çəkmək niyyətində deyil və NPT müqaviləsi üzrə qanuni hüququndan tam və hərtərəfli faydalanmağa çalışır.
2. Bu razılaşma daha əvvəl baş tutmalı idi, lakin 2022-ci il iğtişaşları və Amerikanın iğtişaşların uğurla nəticələnəcəyinə ümid etməsi onun həyata keçirilməsini təxirə saldı.
Xüsusilə, 2022-cü il iğtişaşlarının ildönümü ərəfəsində İranın bloklanmış pullarının əhəmiyyətli hissəsini blokdan çıxarması onu göstərir ki, artıq ABŞ İslam Respublikasına qarşı müxalifət proqramının səmərələyindən məyus olmuşdur. Çünki İrana aid aktivlərin blokdan çıxarılmasının İran iqtisadiyyatının və bazarının sabitliyinə dərhal müsbət təsirləri danılmaz olacaq.
3. Bu yazılmamış razılaşma həm də İran və ABŞ arasında Fars körfəzində və Suriya-İraq sərhədlərində gərginliyin artdığı bir vaxtda, Qərbi Asiyanın bütün geosiyasətində aralarında ciddi münaqişələrə baxmayaraq, hər iki tərəfin İranın nüvə proqramı sahəsində gərginliyə nəzarət etmək səylərini göstərir.
Əslində, həm Tehran öz zənginləşdirməsini sabitləşdirməklə mövcud vəziyyəti dondurmağa çalışır, həm də Amerika üçün İranın nüvə proqramının indiki səviyyədə qalması və təhlükəli mərhələlərə keçməməsi lazımdır. (İndiki vəziyyət bir vaxtlar Vaşinqton və Təl-Əvivin qırmızı xətt olsa da, belə görünür ki, hal-hazırda onlar İranın uranı 60% zənginləşdirməsini praktiki olaraq qəbul ediblər və sentrifuqaların bundan artıq sürətlənməməsinə çalışırlar.)
4. “Israel Hayom” qəzeti bir neçə gün əvvəl öz təhlilində bildirdi ki, İran nüvə bombası yaratmadan nüvə çəkindiriciliyinə nail olub və analitiklər bunu çox əhəmiyyətli bir məqam kimi qiymətləndirir.
Bu baxışdan ilk növbədə, İran faktiki olaraq atom bombası yaratmaq niyyətində deyildi və indi də belə bir niyyəti yoxdur. Lakin NPT çərçivəsində qanuni şəkildə yüksək səviyyəli zənginləşdirmə bu ölkə üçün çəkindirmə forması yaradır. İkincisi, atom bombasının praktiki və ictimai baxımdan mənfi nəticələri, o cümlədən Qərbi Asiya regionunda qlobal konsensus və nüvə rəqabəti Tehranın yaxasndan yapışmır.
Başqa sözlə, İran qitələrarası ballistik raketlər və bombalar yaratmaq qabiliyyətinə və texnologiyasına malikdir, onun təhlükəsizlik və çəkindirmə üstünlüklərindən faydalanır. Lakin öz istəyi ilə bu silahları hazırlamır ki, onların beynəlxalq aləmdə mümkün zərərli nəticələri bu ölkənin xarici siyasətinə xələl gətirməsin.
İranın aktivlərindən təxminən 10 milyard dolların blokdan çıxarılması Amerikanın da bu vəziyyəti indilik və təcili olaraq qəbul etdiyini göstərdi.
5. Baydenin İrana qarşı strategiyası iflasa uğradı; o, nə JCPOA-nı canlandıra və İranın nüvə proqramını 2018-ci ildən əvvəlki vəziyyətinə qaytara bildi, nə də İraq, Suriya, Livan və Yəməndə oyun qaydalarını Vaşinqtonun xeyrinə dəyişdirə bildi.
Digər tərəfdən, Fars körfəzi və Oman dənizində Amerikanın neft daşıyan iki tankerinin İslam Respublikası ordusu və SEPAH tərəfindən saxlanılması ilə İranın ABŞ-a qarşı özünə inamı və cəsarəti daha qabarıq göründü.
Ona görə də 2024-cü il seçkilərinə bir il qalmış Co Bayden respublikaçı rəqibləri qarşısında uduş kartına sahib olmaq üçün güzəştlər verməklə, İranın nüvə proqramının inkişaf etməkdə olan prosesini dayandırmağa çalışır.
Sonda qeyd etmək lazımdır ki, İslam Respublikası səbirlə Qərbi Asiyada öz təsirini genişləndirir, qonşuları və Asiya ölkələri ilə əməkdaşlıq səviyyəsini artırır. Eyni zamanda, neft ixracını xeyli artırıb və nüvə proqramını məqbul səviyyəyə çatdırıb. Bu səbəbdən də gərginliyi artırmadan və xarici siyasət yolu ilə iqtisadi vəziyyətini sabitləşdirməyə, yaxşılaşdırmağa, daxili bazara nəzərəçarpacaq sabitliyə gətirməyə çalışır.
Əlirza Təqəviniya