1979-cu ildə İran xalqının inqilabı və monarx Pəhləvi sülaləsinin devrilməsinin bəzi səbəbləri
arannews:1979-cu ildə İran xalqının inqilabı və monarx Pəhləvi sülaləsinin devrilməsinin bəzi səbəbləri
1. İlk olaraq #İslam üçün inqilab etdik. Pəhləvilər şiə kimliyimizə əvvəlcə zorla və çəkmələrlə, sonra təbliğat və media ilə hücum etdiyi üçün dinimizin canına düşmüşdülər. Hicabdan Aşura rövzəsinə qədər. Biz elə bir dövrdə idik ki, bu ölkədə İmam #Hüseyn (ə) adını çəkmək qadağan idi. Biz elə bir dövrə çatmaq istəyirdik ki, #Ərbəində milyonlarla şəxs insanlıq və azadlıq rəmzi olan şəxsin ziyarətinə getsin. İnsaniyyət məqamına çatmaq istəyirdik.
2. #İran üçün, İranın müstəqilliyi üçün inqilab etdik. Ölkəmiz ingilislər və amerikalıların təpiyi altında əzilmişdi. 50.000 amerikalı müşavir bizdən kapitulyasiya və vəhşilik haqqı tələb edirdi. Ölkənin şahı onların icazəsi olmadan su da içmirdi!
3. İran üçün, İran torpağı üçün inqilab etdik. Şah #Bəhreyn torpağını və onun 32 gözəl adasını ingilislərə və vəhhabilərə bağışladı və dedi ki; “o bizim qızımız idi, ərə verdik”. İnqilab elədik ki, vətənin qalan torpağı ərə getməsin.
4. İzzət və ləyaqətimiz üçün inqilab etdik. İngilis idman klublarının girişinə öz vətənimizdə, İranda – “İt və iranlıların içəri girməsi qadağandır!” – yazdıqları dövrdə.
5. #Mədəniyyətimizi və düşüncəmizi xilas etmək üçün inqilab etdik. Biz gecə klublarının, qumarxanaların və fahişəxanaların sayının kitabxana və universitetlərin sayından çox olduğu bir dövrdə inqilab etdik ki, İran düşüncəsi və mədəniyyəti tapdaq altda qalmasın. Bizim alçaq bir #şahımız var idi və açıq-aşkar deyirdi: “Siz #qadınlardan heç vaxt Mikelancelo və ya Bax çıxmayıb. Heç əla aşpazınız da olmayıb... Siz heç bir böyük və qeyri-adi şey təqdim etməmisiniz. Heç nə”.
6. Qız və oğlanlarımızın mənəviyyatını qorumaq üçün inqilab etdik. İnsanlarımızı nailiyyəti İran qadınları üçün "yeni şəhər" salmaq və 50 min rəsmi #fahişə olan hökumətin pəncəsindən xilas etmək üçün. Şahın özündən tutmuş qardaşları və bacısı Əşrəfədək hamısı beynəlxalq narkotik mafiya üzvü idilər və İranda narkomaniyanın nəhs ağacını əkən hökumətin şərrindən qorumaq üçün.
7. #Elmi geriliyimizdən xilas olmaq üçün inqilab etdik. 57 il Pəhləvi hakimiyyəti altında olan, əhalisinin 68 faizi savadsız saxlınılmış bir ölkənin – Amerikanın NASA-sı, Hindistanın kosmosa peyk göndərdiyi, Türkiyənin 50 illik metrosu olduğu zaman – bizdə heç nə yox idi. 40 il ərzində əhalisinin 93%-nin savadlı olduğu bir ölkəyə çatmaq və dünyada 16-cı elmi dərəcə olmaq üçün inqilab etdik.
8. Biz #sosial rifah üçün inqilab etdik. İran əhalisinin yarısının pis qidalandığı və ev əvəzinə bir “otaq”da yaşadığı (Filmfarsilər /İnqilabdan öncə çəkilmiş filmlər/ şahiddir) dövrdə. Həyatın əsas ehtiyaclarının (su, işıq, qaz, soyuducu və kondisionerin) arzu olduğu bir dövrdə. İranda cəmi 45 şəhərə su kəməri çəkilmişdi, kəndlərin 96%-də işıq yox idi, cəmi 9 şəhərə qaz çəkilmişdi. İran xalqının 46%-nin yoxsulluq həddinin altında yaşadığı dövrdən... Metro, kanalizasiya sistemi, raket, sualtı gəmi və s. bir röya idi! Buradan, İranın 1100 şəhərinin və 34 min kəndinin hamısının su ilə təmin olunduğu dövrə çatana qədər. Bütün şəhərlər və 40 təsərrüfatdan yuxarı bütün kəndlər işıqlandırılıb. İran əhalisinin 95%-nin qazı var və biz yoxsulluğu aradan qaldırmaq üçün yardım komitələrindən tutmuş sosial yardımlara qədər yüzlərlə xeyriyyə təşkilatı qurmuşuq.
9. Hətta #səhiyyəmiz və sağlamlığımız üçün də inqilab etdik. Xalqımızın bitlə mübarizə apardığı dövrlərdən, hətta şahın arvadı #Fərəhi ağcaqanad dişləyəndə, xaricdən həkim gətirirdilər. Hindistandan, Banqladeşdən, Pakistandan bizə həkimlər, tibb bacıları gətiriləndə. Gözlənilən ömür uzunluğu cəmi 54 il olduğu zamandan! Gözlənilən ömür uzunluğunun 75 yaşdan yuxarı olduğu saya çatmaq. Və tibb sistemi ən yaxşı 10 ölkə arasında yer almışıq.
10. Biz #azadlıq uğrunda inqilab etdik. Özümüzü #SAVAKın dəmir məngənəsindən xilas etmək üçün. Şahın etirafına görə 3000 siyasi məhbusu olan qəddar terror təşkilatı. Şahın hakimiyyəti haqqında italyan jurnalist Oriyana Fallaçi təəccüblə şaha deyir: “İran xalqı küçələrdə #şahın adını eşidəndə dəhşətə gəlir. Bir söz deməyə qorxurlar”.
11. Təbəə yox, #xalq olmaq üçün inqilab etdik. 2500 illik monarxiyadan xilas olmaq üçün. Xalq bu şah və o şahın gəlib-geməsində heç nəyə yaramırdı. İstədik ki, hökumət xalqın əlində olsun. Şahımızın dövlət çevrilişi və yadların göstərişi ilə iş başına gəlməməsi üçün inqilab etdik. Prezidentdən tutmuş ekspertlər məclisi şurası, parlamentdən şəhər şurası, hətta uşaqlarımızın məktəb şurası üzvlərinə qədər özümüz seçək.
12. Biz #şiə və həqiqi müsəlmanların 1400 illik səbr və həsrətinin bəhrəsi olan hökuməti qurmaq üçün inqilab etdik. Müsəlman və şiə olmaq “cinayətinə” görə öldürülməmək üçün. Minarələrdə Allahın, Peyğəmbərin (s) və Əmirəl-mömininin (ə) adını eşitmək üçün inqilab etdik. Ədalət və mərhəmətin hökumətini dadmaq üçün. Dünyanın hər yerində zalımla vuruşmaq və məzlumlara sığınacaq olmaq üçün. İnsanlığın və xeyirxahlığın, habelə böyük və kiçik şeytanlara qarşı mübarizə aparmaq mərkəzi olmaq üçün.
-