Tarix : 2023 Aug 21
Kod 63824

Təbrizin Cümə imamı: Müdafiə sənayesinin tərəqqisi özünə inamın göstəricisidir

Vəliyyi-Fəqihin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi və Təbrizin Cümə imamı deyib: Müdafiə sənayesinin diqqətəlayiq tərəqqisi və inkişafı özünə inamın simvolu və mücahidliklə edilən fəaliyyətlərin təzahürüdür.
arannews:irna-Höccətül-İslam vəl-müslimin Məhəmməd Əli Ali-Haşim şənbə günü, əyalətdə Müdafiə Nazirliyinin törəmə şirkətlərinin rəhbərləri ilə görüşdə, bu sahədə son illərin tərəqqisini valehedici və heyrətləndirici sayaraq əlavə etdi: Müdafiə sənayesi mütəxəssisləri Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbərliyi ilə çox çətin təhdid və sanksiyalar şəraitində məmnunluğa layiq böyük nailiyyətlər əldə ediblər.

O, bu inkişafları izzət, özünü təmin etmək, özünə inam və mücahidliklə edilən fəaliyyət göstərmək kimi qiymətləndirdi. ️

Höccətül-islam vəl-müslimin Ali-Haşim bəyan etdi: Ölkənin müdafiə sənayesi Allaha təvəkkül edərək, daxili elitaların və gənc mütəfəkkirlərin iman, iradə və biliklərinə arxalanaraq müxtəlif hərbi sahələrdə böyük və bənzərsiz nailiyyətlər əldə edə bilmişdir. Belə ki, dünyanın gözünü qamaşdırıb və istənilən aqressiv düşüncəni faydasız edib. ️

O, İran İslam Respublikasının müdafiə sənayesinin dənizçilik, hava və təhlükəsizlik kimi fərqli strateji sahələrdə müxtəlif texniki vasitələrin istehsalında mühüm səviyyəyə nail olduğunu və dünyanın ən müasir texnologiyaları ilə rəqabət apara biləcəyini bəyan edərək, deyib: Bu sahələrdə inhisarçılıq və ölkənin bu strateji sənayelərdən asılılığı aradan qaldırılıb.

Höccətül-islam vəl-müslimin Ali-Haşim davam edərək dedi: İndi İİR müdafiə və hərbi sənaye sahəsində əsas iddiaçılardan birinə çevrilib. ️

O, deyib: Müdafiə sənayesi bütün ölkələrdə ən qabaqcıl texnologiyalara və ən görkəmli mütəxəssis və avadanlıqlara malik olması ilə yanaşı, qlobal balansda milli qüdrət simvolu kimi çox təsirli olan strateji dəyərinə görə fundamental sənaye hesab olunur.

​​​​​​
  • Yazılıb
  • da (də) 2023 Aug 21
  • Göndərən رضا رستمی
Açar sözlər