Tarix : 2023 Aug 21
Kod 63825

İnqilabın Ali Rəhbəri: Vəhdət və Əhli-beyt məzhəbinin yayılması, Ərdəbilin İran üçün iki böyük işi

Ərdəbil tariximizdə diqqət çəkən yerlərdən biridir. Ərdəbilin İran üzərində böyük haqqı vardır. Mən bir neçə il əvvəl Ərdəbil əhalisi ilə görüşəndə bacı-qardaşlara dedim ki, ərdəbillilər İran üçün iki böyük iş görüblər: biri milli, digəri isə dini.
arannews:irna-İnqilabın Ali Rəhbəri “Ərdəbil Əyalətinin 3400 Şəhidinin Uca Tutulması Milli Konqresi”nin üzvləri ilə görüşündə deyib:
Ərdəbil tariximizdə diqqət çəkən yerlərdən biridir. Ərdəbilin İran üzərində böyük haqqı vardır. Mən bir neçə il əvvəl Ərdəbil əhalisi ilə görüşəndə ​​bacı-qardaşlara dedim ki, ərdəbillilər İran üçün iki böyük iş görüblər: biri milli, digəri isə dini.
Milli iş ölkənin bütövlüyü idi. Bu gün İranda gördüyünüz bu bütövlük və vəhdət  Səfəvilərin işidir və Ərdəbildən başladı. Dini iş isə Əhli-beyt məzhəbini bütün İrana yaymaq idi.
 
Ərdəbillilər mücahidlik meydanının ön sıralarındadırlar
Tarixi baxışdan belədir ki, sizin bölgənizin (Ərdəbil) əhalisinin İran ölkəsi ilə qarşılıqlı münasibətində iki mühüm və görkəmli (milli və islami) məqam olmuşdur… Sonradan da bu belə davam etmişdir. Yəni Səfəvilər dövründən Mühəqq Ərdəbili (rizvanullahi əleyh) kimi böyük bir ruhaninin Nəcəfdə elm və fiqh mehvərinə çevrildiyi vaxtdan, bizim dövrümüzə kimi; bizim Məşhəddə təqlid mərcəsi və Məşhədin birinci dərəcəli alimi olan mərhum cənab Seyid Yunus Ərdəbili… Eləcə də, müxtəlif sahələrdə müxtəlif alimlər var idilər.
Cihad və mücahidlik meydanında iştirak məsələsində ərdəbillilər həqiqətən ön sıralardadırlar. 13 avqust 2023
 
Ərdəbilin kimliyi onun elmi və cihad tarixidir
Ərdəbildən 35 minə yaxın döyüşçünün cəbhələrə yollanması yaxşı və yüksək rəqəmdir. Bu bölgə təxminən 3400, ya daha çox şəhid verib, çoxlu qazisi və şəhid ailələri var. Bunlar qorunmalıdır. Ərdəbilin kimliyi bunlardır.
Biz öz şəhərlərimizi, əyalətlərimizi tanımaqda coğrafi sərhədlər, iqlim məsələləri və başqa şeylərlə kifayətlənməməliyik. Əsas bunlardır. Ərdəbilin kimliyi bunlardır: elmi keçmişi, cihad keçmişi, şəhadət keçmişi. Milli həyatın yeniləndiyi bu kimi sahələrdə mövcud olmaq, istər siyasi həyat olsun, istər cihad həyatı, istərsə də istiqlal və bunlar kimi sahələr. Bunlar çox önəmlidir.
 
İnsanlar arasında illüziya xətlərinin aradan qalxması şəhid Süleymaninin qanının bərəkətindəndir
(Mübarizə və müqavimət yolu) elə bir yoldur ki, onu hamarlaşdırmağa çalışmalı, düşünməliyik… Uca Allah da bərəkət verər, necə ki, şəhidlərin qanına bərəkət verdi.
Süleymani kimi bir şəhid Allah yolunda şəhid olur, bir xalq təsirlənir, bir millət hərəkət edir, xalq arasında bütün bu illüziya xətləri dağılır, birlik yaranır. Bu, Allahın şəhidin qanına verdiyi bərəkətdir.
 
Bütün müsəlman məzhəbləri və qeyri-müsəlmanlar İmam Hüseynə (ə) sevgilərini ifadə edirlər
Səhrada baş verən Kərbəla hadisəsi demək olar ki, yarım gün və ya bir gün olmuşdur. Bu, Allahın istəyidir ki, Kərbəla hadisəsi tarixdə bu cür getdikcə daha da şölələnsin, Hüseyn sevgisi müsəlman və qeyri-müsəlman tanımasın.
Siz indi görürsünüz ki, müxtəlif müsəlman məzhəbləri İmam Hüseynə öz sevgilərini ifadə edirlər. Qeyri-müsəlmanlar da öz sevgilərini göstərirlər; xristian, zərdüşti, hindu.
Siz bu Ərbəin yürüşünü müşahidə edin və baxın! Bütün bunlar Allahın şəhidlərin qanına, şəhidlərin yoluna dəyər verdiyini göstərir. Bunları qorumaq, saxlamaq lazımdır.
  • Yazılıb
  • da (də) 2023 Aug 21
  • Göndərən رضا رستمی