Tarix : 2023 Aug 22
Kod 63829

İran və Malayziyanın xarici işlər nazirləri görüşüb

İran və Malayziyanın xarici işlər nazirləri Tehranda görüşərək fikir mübadiləsi aparıblar.
arannews: İRNA-nın xarici siyasət üzrə müxbirinin verdiyi məlumata görə, nümayəndə heyətinin müşayəti ilə Tehrana səfər etmiş Malayziyanın Xarici İşlər naziri Zamberi Əbdülqədir bu gün (bazar ertəsi) günorta saatlarında ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.

Qeyd edək ki, əməkdaşlıq və ikitərəfli münasibətlərin inkişafı, regional məsələlər, ən mühüm beynəlxalq məsələlər və hadisələr iki nümayəndə heyəti arasında danışıqların gündəmlərindən olub.

  •  
 
  • Yazılıb
  • da (də) 2023 Aug 22
  • Göndərən رضا رستمی
Açar sözlər