Tarix : 2023 Aug 22
Kod 63830

Sionist rəsmilər Əl-Xəlil əməliyyatından qəzəbləniblər – Ben Qvir Qallantı günahlandırdı

Fələstin müqavimət hərəkatının bu gün İordan çayının qərb sahilində yerləşən Əl-Xəlil şəhərində keçirdiyi əməliyyatı sionist rejimin təhlükəsizlik rəsmilərini qəzəbləndirib və rejimin təhlükəsizlik naziri müharibə nazirini ittiham edib.
arannews: İRNA-nın bazar ertəsi sionist “İsrail News” xəbər saytına istinadən verdiyi məlumata əsasən, sionist rejimin İctimai Təhlükəsizlik naziri İtamar Ben Qvir Fələstin müqavimətinin bugün Əl-Xəlildəki (Hebron) əməliyyatına reaksiya bildirərkən, ilk fürsətdə rejimin təhlükəsizlik kabinetinin iclasının keçirilməsini tələb edib.

Fələstin Administrasiyasının nəzarəti altında olan bir çox Fələstin şəhərinin blokadası, fələstinlilərə işğal olunmuş ərazilərdə işləmək üçün iş icazəsinin verilməməsi, Nəzarət-Buraxılış Məntəqələrinin artırılması və Fələstin müqavimət liderlərinin hədəfə alınaraq öldürülməsi Ben Qvirin irəli sürdüyü tələblər sırasındadır.

Sionist rejimin İctimai Təhlükəsizlik naziri köməkçiləri ilə görüşündə hazırkı vəziyyətin rejimin Müharibə naziri Yoav Qallantın zəif siyasətlərinin nəticəsi olduğunu açıqlayıb. Bu xəbərə əsasən, sionist rejimin Müharibə naziri Əl-Xəlil əməliyyatı və fələstinli döyüşçünün həbs edilməsi səyləri barədə son xəbərləri alarkən, rejimin digər təhlükəsizlik və hərbi rəsmiləri ilə birlikdə əməliyyat yerinə səfər etmək niyyətindədir.

Sionist Quş Etzion qəsəbəsinin meri Şlomo Noman da fələstinlilərə qarşı müharibə elan etməyə və İordan çayının qərb sahilindəki müqavimət infrastrukturunu məhv etməyə çağırıb.

İRNA-nın məlumatına görə, Fələstinin HƏMAS və İslami Cihad hərəkatları İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhərində fələstinli döyüşçülərin bugünkü anti-sionist əməliyyatına dair açıqlama verərəkən vurğulayıblar ki, fələstinli gənclər sionist rejimin təhlükəsizliyini pozmağa və rejimin təhlükəsizlik sistemlərinin hazırlıqlı olmasına baxmayaraq, onlardan keçməyə qadirdirlər.

HƏMAS hərəkatının sözçüsü Hazim Qasim verdiyi açıqlamada İordan çayının qərb sahilindəki cəsur müqavimət döyüşçülərinin bütün gücləri ilə İordan çayının şimalını və mərkəzini, bu gün isə cənubunu hədəf aldıqlarını bildirib.

  • Yazılıb
  • da (də) 2023 Aug 22
  • Göndərən رضا رستمی