Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanın sərhəd bölmələrini Azərbaycanın mövqelərini atəşə tutmaqda ittiham edib və əks tədbirlər görüldüyünü bildirib.
arannews: irna-Azərbaycan MN bazar günü axşam saatlarında Ermənistanı Azərbaycanın mövqelərini atəşə tutmaqda ittiham edib. İRNA-nın “Azernews”-a istinadla verdiyi xəbərə görə, Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri yüngül silahlardan istifadə etməklə Qalakənd yaşayış məntəqəsi istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub.
Nazirlik Azərbaycan ordusunun bölmələrinin cavab tədbirləri gördüyünü qeyd edib.
Cənubi Qafqazda yerləşən bu iki ölkə hələ də uzunmüddətli sülhə nail ola bilməyib. Rusiyanın və bir sıra digər ölkələrin vasitəçiliyi ilə aparılan diplomatik səylər hələ də nəzərəçarpacaq nəticələr əldə etməyib. Azərbaycan və Ermənistan indiyədək iki dəfə bir-biri ilə müharibəyə girib, xüsusilə ikinci Qarabağ müharibəsində hər iki tərəfdən çoxlu sayda mülki şəxs həlak olub.
Müharibədən sonra Azərbaycan Respublikası ilə Ermənistan arasında qalan ən mühüm problemlərdən biri Azərbaycan Respublikasının blokladığı və ya ciddi nəzarət-buraxılış məntəqələri qoyduğu Laçın dəhlizidir. Bu mühüm dəhliz Qarabağ bölgəsini Ermənistanla birləşdirir.
Bununla bağlı digər bir xəbər isə budur ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bazar günü Azərbaycanın bir erməni qızın cəsədinin Qarabağın ermənilər yaşayan bölgəsinə aparılmasına icazə verilmədiyini iddia edib.
Helen adlı qız Qarabağ sakinidir və Ermənistanda təhsil alırmış. O, 5 gün əvvəl avtomobil qəzasında dünyasını dəyişib. Ermənistan iddia edir ki, Azərbaycan Respublikası onun cənazəsini dəfn etmək üçün Qarabağa qaytarılmasına icazə vermir.
Ermənistan XİN-nin sözçüsü Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə bu məsələnin təqibi barədə məlumat verib.
Azərbaycan Respublikası bu günə qədər bununla bağlı heç bir münasibət bildirməyib.
Bir neçə gün əvvəl Azərbaycan Respublikasının MN bəyan etmişdi ki, Ermənistan silahlı qüvvələri təcili tibbi yardım maşınlarından istifadə etməklə Xankəndi yolunda döyüş mövqelərini möhkəmləndirir.