Silahlı Qüvvələrin Baş Qərargah rəisi Azərbaycan Respublikasının Müdafiə naziri general Zakir Həsənovla telefon danışığında deyib: “Ortaq sərhədlərdə təhlükəsizlik və sülh yaratmaq yalnız qonşu dövlətlər arasında empatiya və birlik sayəsində mümkündür və bölgədə əcnəbilərin olması gərginlik və qarşıdurma yaradacaq.”
arannews:irna-İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri bu danışıqda ikitərəfli müdafiə və hərbi əlaqələr və əməkdaşlığın inkişafını vurğulayıb.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi bu telefon danışığında İran İslam Respublikası ilə Azərbaycan Respublikası silahlı qüvvələri arasında ötən illərdə əldə olunmuş dəyərli razılaşmalara toxunaraq deyib: “İki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq, kommunikasiya və qarşılıqlı fəaliyyət səviyyəsi bütün sahələrdə yüksələn xətlə inkişaf edir. İnanırıq ki, silahlı qüvvələr iki ölkə arasında dostluğu və qardaşlığı möhkəmləndirə bilər.”
General-mayor Baqiri İslam Respublikası silahlı qüvvələrinin Bakıda keçiriləcək Birgə Hərbi Komissiyada iştiraka tam hazır olduğunu bildirərək deyib: “Ortaq sərhədlərdə təhlükəsizliyin və əmin-amanlığın yaradılması yalnız qonşu dövlətlər arasında empatiya və birlik ilə mümkündür və bölgədə əcnəbilərin olması gərginlik və qarşıdurmaya səbəb olacaq.”
Telefon danışığında Azərbaycan Respublikasının Müdafiə naziri ölkənin silahlı qüvvələrinin ikitərəfli hərbi və müdafiə sahəsində əməkdaşlığın səviyyəsini yüksəltməyə tam hazır olduğunu bəyan edərək deyib: “Biz İran İslam Respublikasını həmişə özümüzə dost və yaxın ölkə hesab edirik, bütün sahələrdə hərbi əməkdaşlığı alqışlayırıq. Yaxın vaxtlarda Bakıda Birgə Hərbi Komissiyada İran nümayəndə heyətini qəbul edə biləcəyimizə ümid edirik.”
Bu telefon danışığının sonunda general Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Baqirini Azərbaycana səfərə dəvət edib.