Tarix : 2023 Aug 26
Kod 63853

HƏMAS: Sionist düşməndən heç bir zəmanət qəbul etmirik

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) mətbuat katibi deyib: “İşğalçılara və onların vədlərinə etibarımız yoxdur.”
 

 

arannews: irna-Hazim Qasim cümə günü bəzi vasitəçilərin Fələstin müqavimətinin başçılarının sionist rejim tərəfindən terror edilməyəcəyinə dair zəmanət verilməsinə cavab olaraq deyib: “Biz işğalçılara və onların vədlərinə inanmırıq, zəmanətlərinə bel bağlamırıq. Etdiyimiz tək şey sionist düşmənin cinayət törətməsinə imkan verməməkdir və əgər cinayət törətsə müqavimətin birbaşa cavabı ilə üzləşməlidir.”
HƏMAS sözçüsü vurğulayıb: “Biz heç bir zəmanət qəbul etmirik, fələstinlilər heç bir zəmanət qəbul etmir.”

Onun sözlərinə görə, vasitəçilər sakitləşməyi və vəziyyəti kritikləşdirməməyi istəyirlər, lakin sionist rejimin radikal kabinetinə diqqət etməklə, bu səylər nəticə verməyəcək.

Sionist rejim İordan çayının qərb sahilindəki əməliyyatlara görə Qəzza və Livanda HƏMAS və İslami Cihad liderlərinin məsuliyyət daşıdığını bildirir. Müqavimət liderləri, xüsusilə İordan çayının qərb sahilində müqavimət əməliyyatlarının intensivləşməsindən sonra sionist düşmənin təhdidlərini ciddi qəbul edirlər.

Fələstin müqavimət qrupları sionist düşmənin hər hansı mümkün hücumu və cinayətinə hazırlaşmaq üçün əsas baza və qərargahlarını boşaldıblar.

Müqavimət qüvvələri bir müddət əvvəl Qəzzada və Livanda təhlükəsizlik tədbirləri görməsinə baxmayaraq, sionist düşmənin son hədələrindən sonra bu tədbirlər xeyli artırılıb.

Digər tərəfdən müqavimət qüvvələri vasitəçi tərəflərə mesaj verərək bildiriblər ki, sionist düşmənin istənilən cinayəti və terroru onun təsəvvür etdiyindən daha kəskin cavabla qarşılanacaq.
  • Yazılıb
  • da (də) 2023 Aug 26
  • Göndərən رضا رستمی
Açar sözlər