Tarix : 2023 Aug 27
Kod 63857

Əmir Abdullahiyan İran və Yaponiya arasında uzunmüddətli əməkdaşlıq üçün yol xəritəsinin hazırlanmasını alqışlayıb

İran İslam Respublikasının Xarici İşlər naziri Yaponiyanın Baş naziri ilə görüşdə iki ölkə arasında uzunmüddətli əməkdaşlıq üçün yol xəritəsinin cızılmasını alqışlayıb, ümumi siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

 

arannews:irna- Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan bazar ertəsi Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşüb.
Ölkəmizin Prezidentinin salamını Yaponiyanın Baş nazirinə çatdıran Xarici İşlər naziri iki dövlət başçısının BMT Baş Assambleyasının ötən ilki iclası çərçivəsində görüşünü və aparılan məsləhətləşmələri iki ölkənin əlaqələri inkişaf etdirmək iradəsinin əlaməti hesab edib.

Əmir Abdullahiyan Yaponiyanın Baş nazirinin iki ölkə arasındakı əlaqələr və regionda baş verən proseslər barədə yüksək məlumatlı olmasını iki ölkə arasında qarşılıqlı əlaqələrin təşviqi üçün dəyərli sərvət kimi qiymətləndirib.

İki ölkə arasında uzunmüddətli əməkdaşlıq üçün yol xəritəsinin hazırlanmasını alqışlayan Xarici İşlər naziri iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Bu görüşdə Əmir Abdullahiyan İran İslam Respublikasının Fars körfəzi regionunda enerji təhlükəsizliyinin təşviqində mühüm rolunu da diqqətə çatdırıb.
O, regionda baş verən yeni hadisələri sabitliyin, təhlükəsizliyin, inkişafın və hərtərəfli rifahın təşviqi məqsədilə regional əməkdaşlığın dərinləşməsinin əlaməti kimi dəyərləndirib və bu prosesin dəstəklənməsində Yaponiyanın rolunu vacib hesab edib.
  • Yazılıb
  • da (də) 2023 Aug 27
  • Göndərən رضا رستمی
Açar sözlər