Tarix : 2023 Aug 27
Kod 63858

Hizbullah: Livanın azadlıq görməsi ABŞ-ın müdaxiləsini dayandırmaqdan asılıdır - Tezliklə Qüdsə girəcəyik

Livan Hizbullah Hərəkatının İcra Şurasının sədri ABŞ-ın bu ölkəyə müdaxiləsinin dayandırılmasının vacibliyini vurğulayaraq deyib ki, bu müdaxilələr dayandırılmayana qədər Livan hətta dənizdə neft və qaz sərvəti olsa belə, azadlıq görməyəcək.
arannews:irna-Seyid Haşim Səfyəddin livanlı mücahid alim Şeyx Əfif Nabulsinin vəfatının 40-cı günü münasibətilə Hizbullah və mərhumun ailəsi tərəfindən Sayda şəhərində keçirilən mərasimdə deyib: “Bugünkü müqavimət balansları dəyişdi və yeni bir balans qurdu. Livan bu gün düşmənlə mübarizədə ideyalar, seçimlər və prioritetlər baxımından zəif və pərakəndə deyil, əslində, bu gün zəifləyən və çaşqın vəziyyətə düşən düşməndir, onların siyasi və hərbi rəhbərləri bir-birini ələ salırlar.”

Seyid Səfiyəddin əlavə edib: “Əvvəllər deyirdilər ki, bir sionist hərbi qruplaşma Livanı işğal edə bilər, lakin bu gün biz görürük ki, bir çadır sionist rejimin hərəkətlərini dayandırıb, onu zəif, çaşqın vəziyyətə sala bilib və artıq qərar vermək qabiliyyətini itirmiş rejimə çevrilib.”

O, vurğulayıb ki, artıq Qüdsə gedən yol hamarlanmışdır və Qüdsə daxil olacağımız gün gələcək.

Hizbullahın icra şurasının sədri həmçinin bildirib ki, bəziləri müqavimətin torpaqların azad edilməsi, Livanın suverenliyi və müstəqilliyinin qorunub saxlanılması, su, neft və qazın azad edilməsi və təkfirçi terrorizmi ilə mübarizədəki qələbə və nailiyyətlərini inkar edir.

  • Yazılıb
  • da (də) 2023 Aug 27
  • Göndərən رضا رستمی