“Əl-Məyadin” telekanalı sionist rejim əsgərlərinin işğal altındakı Fələstinin şimalı ilə Livanın cənubu sərhədində hazır ol vəziyyətində olduğunu xəbər verib.
arannews:irna-“Əl-Məyadin” telekanalının müxbiri deyib: “Sionist rejimin əsgərləri Kəfr Şuba bölgəsi qarşısındakı mövqelərində hazır vəziyyətdədirlər.” Müxbir bildirib: “Sionist hərbçilər artıq pilotsuz təyyarə ilə Kəfr Şuba təpələri üzərində uçuşlar həyata keçirirlər.”
Görünən odur ki, sionist rejim ordusu Livanın cənubu ilə sərhəddəki gərginlikdən, xüsusən də Livan hökumətinin BMT-nin Livanın cənubunda yerləşən sülhməramlı qüvvələrinin (UNIFIL) müddətinin uzadılmasına dair qətnamə layihəsinə qarşı çıxmasından narahatdır.
Bu hazırlıq vəziyyəti Livanın Xarici İşlər nazirinin cümə günü ölkəsinin Livanın cənubunda yerləşən BMT sülhməramlı qüvvələrinin uzadılmasına dair qətnamə layihəsinə qarşı olduğunu vurğulamasından sonra baş tutur. Çünki bu qətnamədə sülhməramlı qüvvələrin Livan ordusu ilə koordinasiyasının sərhəd bölgəsində patrul xidmətinin aparılması zərurətindən bəhs edilmir.
Livanın Xarici İşlər naziri Abdullah Buhəbib UNIFIL-in missiyasının uzadılması ilə bağlı Təhlükəsizlik Şurasına təqdim edilən qətnamə layihəsini nəzərdən keçirdikdən sonra ölkəsinin mövcud formulun əleyhinə olduğunu bildirib. Çünki SOFA müqaviləsində qeyd olunduğu kimi, UNIFIL əməliyyatlarının bu ölkənin ordusu ilə əlaqələndirilməsinin zəruriliyi və əhəmiyyəti qeyd olunmayıb.