İmam Hüseyn (ə) Hərəminin Qəyyumluğu Ərbəin zəvvarlarının yerləşdirilməsi üçün hərəmdə Əqilə Bəni Haşim (ə) və İmam Həsən (ə) həyətlərinin böyük bir hissəsinin açılışını xəbər verib.
arannews: irna-“Əqilə Bəni Haşim (ə) həyətinin tikintisinin məsul mühəndisi Əli Ədnan deyib: “İmam Hüseyn (ə) Hərəmi Qəyyumluğunun sədri Şeyx Əbdülməhdi Kərbəlayinin göstərişi ilə Əqilə Bəni Haşim (ə) və İmam Həsən (ə) həyətlərindən geniş bir ərazi Ərbəin zəvvarlarının müvəqqəti olaraq yerləşməsi üçün istifadəyə verildi. Açılışı olmuş məkanlarda 600 min zəvvar yerləşə bilər.” Ə. Ədnan qeyd edib ki, bu həyətin bir hissəsi sayı 10-20 min nəfərə çatan İmam Hüseynin (ə) hərəminin inzibati şöbələrində könüllülü xidmət edənlərin yerləşməsi üçün ayrılıb. Əqilə Bəni Haşim həyətinin bir hissəsi gecələmədən başqa, tibbi xidmətlər və itkin düşmüş şəxslər üçün mərkəz və ərzaq paylanması da daxil olmaqla, digər xidmətlər göstərmək üçün nəzərdə tutulub. Ərbəin zəvvarlarının yerləşdirilməsi və gecə yatması üçün İmam Həsən (ə) həyətində çoxlu sayda zəvvarın yerləşə biləcəyi yerlər də var.