Şərqi Azərbaycan əyaləti gömrük nəzarətçisi və Təbriz Gömrük İdarəsinin Baş direktoru 13-cü hökumətin 2 illik fəaliyyəti dövründə əyalətin gömrüyündən 3,2 milyard dollar dəyərində 5 milyon 600 min ton mal ixrac etdiyini açıqlayıb.
arannews:irna- Leyla Orəngi bazar ertəsi günü mətbuat konfransında deyib: Bu ixracat 2 il əvvəlki dövrlə müqayisədə dollar dəyərində 41 faiz, çəki baxımından isə 29 faiz artım deməkdir.
O, bu rəqəmlərin əyalətdən ixrac olunan neft-kimya məhsullarından ayrı olduğunu bildirərək dedi: Bu dövrdə ixracın 50%-i Təbriz gömrüyü vasitəsilə həyata keçirilib və bu gömrükdən müxtəlif ölkələrə 1,5 milyard dollarlıq mal ixrac edilib. Bu müddət ərzində Səhlan gömrüyü 800 milyon dollar, Culfa 280 milyon dollar, Nurduz 240 milyon dollar, Bonab 330 milyon dollar və Marağa gömrüyü 38 milyon dollarlıq məhsul ixrac edib.
Bu dövrdə əyalətin gömrüyündən əsas ixrac mallarının armatur, vərəqə, boru, çən və profil kimi hər cür polad məmulatları, plastik materiallar və əşyalar, xurma, püstə, kişmiş kimi quru meyvələr, bitum kimi neft məmulatları sənaye və mineral yağlar, məftil və kabellər kimi mis məmulatları, santexnika ləvazimatı və fitinqlər, vafli və peçenye kimi taxıl məmulatları, şüşə və şüşə məmulatları, maşın və mexaniki cihazlar, sink və sink məmulatları olduğunu bildirib.
Orəngi əlavə edib: 13-cü hökumətin 2 ilində Türkiyəyə ixrac 1 milyon 500 min ton, İraqa 1 milyon 700 min ton, Ermənistana 1 milyon 800 min ton, Əfqanıstana 190 min ton, Azərbaycana isə 135 min ton olub və Türkiyəyə 76%, İraqa 12%, Azərbaycana 14% və Əfqanıstana 109% ixrac artmışdır.