Tarix : 2023 Aug 29
Kod 63870

Suriyada HMS sionist rejimin Hələbə hücumuna qarşı işə düşüb

Suriyanın Hava Hücumundan Müdafiə Sistemləri bazar ertəsi səhər saatlarında sionist rejim qırıcılarının bu ölkənin şimalında Hələb şəhərinə hücumuna qarşı işə düşüb.
arannews:irna-Suriyanın yüksək səviyyəli təhlükəsizlik mənbəsi “Sputnik”-ə açıqlamasında deyib: “Sionist rejim qırıcıları beynəlxalq sular istiqamətindən Hələb şəhəri ətrafında bəzi yerlərə bir neçə raket atıblar. Suriyanın müdafiə sistemləri də buna cavab verib və atılan raketlərin əksəriyyətini hədəfə çatmamış məhv edə bilib.”

Hələb Beynəlxalq Hava Limanındakı mənbə də bildirib ki, İsrailin bu təcavüzündə Hələbin beynəlxalq hava limanının uçuş-enmə zolaqlarından biri hədəfə alınıb və ona ziyan dəyib.

  • Yazılıb
  • da (də) 2023 Aug 29
  • Göndərən رضا رستمی
Açar sözlər