Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Qüds şəhərindəki sözçüsü bazar ertəsi İRNA-nın beynəlxalq qrupunun müxbiri ilə müsahibədə deyib: “Sionist rejimin müqavimət komandirlərini terror etməklə hədələməsi, xüsusilə də HƏMAS-ın siyasi ofisinin sədr müavini Saleh əl-Arurinin terror edilməsi ilə bağlı birbaşa təhdidləri işğalçıların məğlubiyyəti, uğursuzluğu, acizliyi və ümidsizliyindən qaynaqlanır.”
arannews:irna -Məhəmməd Həmadə işğalçı rejim rəhbərlərinin müqavimətə qarşı yeni təhdidlərinə toxunaraq deyib ki, sionist rejim İordan çayının qərb sahilindəki müqaviməti məhv edə bilmədiyi üçün Fələstin xalqı ilə qarşıdurmada özünü aciz və məğlub hiss edir. Sionist işğalçı rejim məhvetmə və terror siyasətini mənimsəməklə nəinki müqavimət alovunu söndürə bilməyib, üstəlik, hər dəfə belə bir siyasət həyata keçirdikdə, məsələn, Fələstin İslami Cihad Hərəkatının bir sıra komandirlərinin terror edilməsi və şəhadətindən sonra müqavimətin öz yolunu əvvəlkindən daha güclü şəkildə davam etdirdiyini anlamışdır.
Həmadə vurğulayıb: “Müqavimət və onun komandirləri bu təhdidlər qarşısında heç vaxt qorxmayıb, bu yolda daha güclü əzm və qətiyyətlə irəliləyiblər. Sionist rejimin acizliyi və ümidsizliyi barədə bunu demək kifayətdir ki, hər dəfə müqaviməti məhv etmək üçün əvvəllər olduğu kimi terror kimi üsullara müraciət edir. Hər dəfə bu yolla müqaviməti məhv edə biləcəyini düşünür, amma özü məğlub olur. Buna görə də özünü işğalçı sionistlərin yanında doğrulda bilməyən və onlara rahatlıq və əmin-amanlıq töhfə verə bilmədiyindən rejim özünü məyus və məğlub hiss edir.”
Onun sözlərinə görə, sionist düşmən həmişə müqavimətə zərbə vurmaq və fələstinli mübarizləri terror etmək və ya həbs etmək strategiyasını həyata keçirməklə, bütün qabiliyyət və imkanlarından istifadə etməklə İordan çayının qərb sahilindəki müqavimətin indiki gücünə çatmasının qarşısını almağa çalışdı, amma bütün bunlara baxmayaraq, müqavimət gücləndi və sionist rejimin hər bir təcavüzünə cavab verdi, sionist köçkünlərin işğal olunmuş Qüdsdə Məscidül-Əqsaya edilən hər hücuma reaksiya verdi və gələcəkdə daha çox reaksiyaları müjdə verirlər.
Həmadə sionist rejim rəhbərlərinin Fələstin müqavimətinə, xüsusilə də HƏMAS hərəkatına qarşı yeni təhdidləri barədə daha sonra deyib: “Bu təhdidlərə qarşı müqavimət hər zaman hazırdır və bu təhdidlər müqavimət komandirlərinin heç birini qorxuda bilməz. Çünki onlar bu yola girəndə bütün ölçüləri və nəticələrini, ən başlıcası isə şəhid olmağı nəzərə alıblar və hər şeyi bilərək bu yolu seçiblər. Bu təhdidlər müqavimətin taleyinə və missiyasına təsir edə bilməz. Xüsusən ona görə ki, sionist rejim müqavimət komandirlərdən birinə qarşı hər hansı bir axmaqlıq edəcəyi təqdirdə müqavimət hər zaman sərt cavab verməyə hazırdır.”