İran İslam Respublikasının Prezidenti Ayətullah Seyid İbrahim Rəisinin üçüncü mətbuat konfransı regionun ərəb dilli KİV-lərində əks-səda doğurub və bu medialar əksərən xəbər və reportajlarının başlığı olaraq “İslami İranı təcrid etmək planında düşmənlərin məğlubiyyəti”ni seçiblər.
arannews:irna-İran Prezidentinin yerli və xarici KİV-lər ilə üçüncü mətbuat konfransında bugünkü açıqlamaları ərəb və regional medialarda ciddi əks-səda doğurub. Qonşularla münasibətləri yaxşılaşdırmağa çalışdıq
“Əl-Cəzirə” telekanalı İran Prezidentinin bəyanatları ilə bağlı bildirib ki, İran İslam Respublikasının Prezidenti Ayətullah Rəisi öz hökumətinin xarici siyasət sahəsində əldə etdiyi nailiyyətlər barədə açıqlamasında deyib: “Biz qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırılması məsələsini izlədik və nailiyyətlər əldə etdik.”
Ayətullah Rəisi əlavə edib: “İranın BRİKS qrupuna və Şanxay Təşkilatına üzvlüyü Amerikanın təzyiqinin azalmasına və iqtisadiyyatımızın genişlənməsinə kömək edəcək.”
İran İslam Respublikası Prezidenti açıqlamasının digər hissəsində vurğulyıb ki, biz öz iqtisadiyyatımızı və daxili işlərimizi Avropa və Amerikanın iradəsindən asılı vəziyyətə salmayacağıq.
Qərblilər danışıqlara qayıtmağa hazır olduqlarını açıqladılar
Fələstinin “Səma” xəbər agentliyi də Ayətullah Rəisinin qərblilərin təəssüf və uğursuzluğu ilə bağlı açıqlamalarını önə çəkərək yazıb: “İran İslam Respublikası Prezidenti vurğulayıb ki, ölkədəki iğtişaşların uğursuzluğundan sonra qərblilər danışıqlara qayıtmağa hazır olduqlarını bildiriblər.
Ayətullah Rəisi əlavə edib ki, o, ölkəsinin iqtisadiyyatını və daxili məsələlərini Avropa və Amerikanın iradəsindən asılı vəziyyətə salmayacaq.”