Orta Asiyada şiddətli quraqlıq və bu bölgədə su ehtiyatlarının kəskin şəkildə azalması xüsusilə Qırğızıstan və Qazaxıstan arasında sərhəd gərginliyinə zəmin yaradıb.
arannews:irna- “Oil Price” xəbər saytına istinadən verdiyi məlumata görə, Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyinin su ilə bağlı öhdəliklərini yerinə yetirməsi ilə bağlı iddialarına baxmayaraq, qazaxlar bununla bağlı heç bir konkret tədbir görülmədiyini hiss edirlər və Qırğızıstan tərəfi vəd etdiyi suyu Qazaxıstana keçirməkdən imtina edir. Bu xəbərə görə, Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyi indiyədək qonşu Qazaxıstana qarşı bütün öhdəliklərini yerinə yetirdiyini iddia edib.
Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, quraqlıq və yüksək yay temperaturu bu ölkənin qonşusu ilə bölüşmək üçün artıq suyun olmamasına səbəb olub.
Nazirliyin sözlərinə görə, Talas rayonunun şimal-qərbində yerləşən Karuf su anbarı ötən ildən ciddi su çatışmazlığı ilə üzləşib və onun cəmi 3%lik tutumu var.
Bu il və keçən il Krufdan çəkilmiş peyk şəkilləri bu iddianı təsdiqləyir, halbuki Qırğızıstanın şimalındakı fermerlər də suyun kəskin çatışmazlığından şikayətlənirlər.
Bu xəbərə əsasən, qırğızların çoxu Qazaxıstanın onları hansısa yolla cəzalandırmağa çalışdığını düşünür. Digər tərəfdən, bu ayın ortalarından etibarən bu iki ölkənin sərhəd məntəqələrində nəqliyyatın hərəkəti çətinləşib.