Hökumət Həftəsi ilə eyni vaxtda iki ölkənin rəsmilərinin iştirakı ilə İran İslam Respublikası və Pakistanın Birgə İnvestisiya Şirkətinin Kəraçi şəhərində yeni ofisinin açılışı olub.
arannews:irna-İran Xarici İnvestisiya Şirkətinin Baş direktoru Rza Bəxşi Aninin Pakistanın cənubundakı Sind əyalətinin mərkəzi Kəraçi şəhərinə səfəri ilə eyni zamanda “PAIR” kimi tanınan İran-Pakistan Birgə İnvestisiya Şirkətinin yeni binasının və ofisinin rəsmi açılış mərasimi keçirilib. Hökumət Həftəsi ilə eyni vaxtda keçirilən bu tədbirdə İranın Xarici İnvestisiya Şirkətinin Baş direktorundan əlavə, İran İslam Respublikasının Kəraçidəki Baş konsulu Həsən Nuryan, “PAIR” şirkətinin icraçı direktoru Abbas Daneşvər Həkimi, idarə heyətinin üzvləri və pakistanlı iş adamları iştirak ediblər.
İran Xarici İnvestisiya Şirkətinin baş direktoru bu şirkətin yeni ofisinin açılmasından məmnunluğunu ifadə edərək deyib: “İran İslam Respublikasının hazırkı hökuməti qonşuları ilə qarşılıqlı ticarət və investisiya xidmətlərini inkişaf etdirmək üçün güclü iradəyə malikdir və Pakistan bu siyasətdə imtiyazlı mövqeyə malikdir.”
İranın Baş konsulu da bu mərasimdə deyib: “İran Pakistan hökuməti ilə iqtisadi sahədə davamlı əməkdaşlığa və birgə investisiyalara sadiqdir və bu qonşu ölkə ilə iqtisadi əlaqələrə heç bir məhdudiyyət görmür.”