İran İslam Respublikasının Beyrutdakı səfiri Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın bu gün Livana səfərini Tehranın bu ölkənin sabitliyindəki konstruktiv və dəstəkləyici rolunun ifadəsi kimi qiymətləndirib.
arannews:irna-İranın Beyrutdakı səfiri Müctəba Əmani X (Twitter) sosial şəbəkəsindəki səhifəsində ərəb dilində yazıb: “İran İslam Respublikası Xarici İşlər naziri cənab doktor Hüseyn Əmir Abdullahiyan çərşənbə günü Livana səfər edəcək. Livan rəsmiləri ilə ümumi maraq doğuran məsələlərlə bağlı danışıqlar və görüşlər onun gündəliyindədir.”
Səfir əlavə edib: “Bu səfər İranın siyasətini və Livanın sabitliyi və çiçəklənməsində konstruktiv və dəstəkləyici rolunu əks etdirir.”