Xarici İşlər naziri Suriya hökuməti ilə məsləhətləşmələr çərçivəsində bir neçə dəqiqə əvvəl Suriya Prezidenti ilə görüşüb.
arannews:irna-Hüseyn Əmir Abdullahiyan Suriya rəsmiləri ilə görüşmək və fikir mübadiləsi aparmaq üçün çərşənbə günü axşam saatlarda Dəməşqə səfər edib. Onu Dəməşq Hava Limanında Suriya Xarici İşlər nazirinin müavini qarşılayıb. Xarici İşlər naziri dünən Suriyanın Baş naziri ilə görüşdən əlavə, suriyalı həmkarı ilə birgə mətbuat konfransında iştirak edib və jurnalistlərin suallarını cavablandırıb.