Tarix : 2023 Sep 02
Kod 63887

Əmir Abdullahiyan: İƏT liderlərinin qarşıdan gələn sammiti region üçün faydalıdır

Ölkəmizin Xarici İşlər naziri yazıb: “Qarşıdan gələn İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti yaxınlaşmanın gücləndirilməsi və maksimum iştirakın genişləndirilməsi üçün zəmin yaradılması istiqamətində regionun xeyrinə olacaq.” İRNA-nın xarici siyasət üzrə müxbirinin verdiyi məlumata görə, Hüseyn Əmir Abdullahiyan cümə günü X sosial şəbəkəsində yazıb: “Özbəkistanın müstəqilliyinin ildönümü münasibətilə onun xalqını, hökumətini və Xarici İşlər nazirini təbrik edirəm.”
arannews:irna-O, əlavə edib: “Ümid edirik ki, iki ölkənin iradəsi və səyi fonunda əlaqələrin inkişafında sıçrayışa şahid olacağıq.”

Ölkəmizin Xarici İşlər naziri bildirib: “Qarşıdan gələn İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti yaxınlaşmanın gücləndirilməsi və maksimum iştirakın genişləndirilməsi üçün zəmin yaradılması istiqamətində regionun xeyrinə olacaq.İran qardaş və müsəlman ölkə ilə əlaqələrin inkişafında heç bir məhdudiyyət görmür.”

Əmir Abdullahian X sosial şəbəkəsində başqa bir mesajda yazıb: “Malayziyanın Milli Gününün gəlişi münasibətilə bu ölkənin xalqını, hökumətini və Xarici İşlər nazirini təbrik edirəm.”

O, qeyd edib ki, İran qardaş və müsəlman ölkə ilə əlaqələrin inkişafında heç bir məhdudiyyət görmür və tezliklə iki ölkə arasında uzunmüddətli strateji əməkdaşlıq layihəsinin formalaşdırılması ilə biz münasibətlərin müxtəlif səviyyələrində inkişaf görəcəyik.

​​​​​​
  • Yazılıb
  • da (də) 2023 Sep 02
  • Göndərən رضا رستمی
Açar sözlər