Tarix : 2023 Sep 02
Kod 63888

HƏMAS və İslami Cihad arasında birgə otaq yaradılması müqavimətin müdrik addımını göstərir

Xarici İşlər naziri Fələstin xalqının müqavimət və azadlıq mübarizələrini İran İslam Respublikasının xarici siyasətinin mahiyyəti və dəyişməz yanaşması adlandırıb, Fələstin xalqının tam hüquqlarını bərpa etmək üçün bütün Fələstin xalqı və qruplarının fəaliyyət birliyinin zəruriliyini vurğulayıb.
arannews:irna-Beyrutda ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nəxalə və Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Ofisinin sədr müavini Saleh əl-Aruri ilə üçtərəfli birgə görüşü keçirilib.

Görüşdə Fələstin və müqavimət cəbhəsi ilə bağlı son hadisələr müzakirə edilib və fikir mübadiləsi aparılıb.

Ölkəmizin xarici işlər naziri HƏMAS və Fələstin İslami Cihad Hərəkatı qardaşları ilə birgə görüşdən məmnunluğunu ifadə edərək deyib: “Fələstin xalqının sionist işğalına qarşı azadlıq mübarizəsi prosesində HƏMAS və İslami Cihad Hərəkatının rolu və onların vəhdət yaradıcı səyləri çox həlledici olmuşdur. Sionist düşmənin Qəzzəyə son hücumunda, HƏMAS və İslami Cihad da daxil olmaqla, müqavimət hərəkatının birgə otağının yaradılmasının elanı işğalçı sionist düşmənlə mübarizədə müqavimətin müdrik addımını göstərir.”

Ölkəmizin Xarici İşlər naziri Fələstin ideyasına, Fələstin xalqının müqavimət və azadlıq mübarizəsinə dəstəyi İran İslam Respublikasının xarici siyasətinin mahiyyəti və dəyişməz yanaşması adlandırıb, Fələstin xalqının tam hüquqlarını bərpa etmək və paytaxtı Qüds olmaqla bütün tarixi Fələstində vahid Fələstin dövlətinin formalaşdırılması üçün bütün Fələstin xalqı və qruplarının fəaliyyət birliyinin zəruriliyini vurğulayıb.

Bu birgə görüşdə HƏMAS və İslami Cihad Hərəkatı liderləri də İran İslam Respublikasının Fələstin xalqının müqavimətinə qəti və effektiv dəstəyini bir daha yüksək qiymətləndirərək, İranın daxili və xarici siyasətin müxtəlif sahələrində artan nailiyyətlərindən məmnunluq ifadə ediblər, müqavimət qrupları və Fələstin xalqının sionist rejimin tam məğlubiyyətinə və Fələstin xalqının tam hüquqlarını həyata keçirənə qədər mübarizəni davam etdirməkdə yenilməz əzmkarlığını vurğulayıblar.

  • Yazılıb
  • da (də) 2023 Sep 02
  • Göndərən رضا رستمی
Açar sözlər