Türkiye Suriyanın şərqindəki Deyr əz-Zor kəndi ərazisində separatçı terror təşkilatı PKK/YPG ilə bəzi ərəb qəbilə ünsürləri arasında baş verən qarşıdurmaların yaxından və narahatlıqla izləndiyini bildirib.
arannews: trtaz-Türkiye Suriyanın şərqindəki Deyr əz-Zor kəndi ərazisində separatçı terror təşkilatı PKK/YPG ilə bəzi ərəb qəbilə ünsürləri arasında baş verən qarşıdurmaların yaxından və narahatlıqla izləndiyini bildirib. Xarici İşlər Nazirliyindən mövzu ilə bağlı verilən yazılı açıqlamada terror təşkilatının Suriyadakı qolları ilə bəzi ərəb qəbilə ünsürləri arasında bir müddətdir davam edən qarşıdurmaların yaxından və narahatlıqla izləndiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, bu vəziyyət terror təşkilatının Suriyanın qədim xalqlarına zorakılıq və təzyiq göstərməklə və fundamental insan haqlarını pozaraq onlara hakim olmaq cəhdlərinin yeni təzahürüdür. Ümid edirik ki, tərəfdarları bu məqsəd və niyyətini DEAŞ-la mübarizədə aktyor olduğu tezisi ilə örtmək istəyən terror təşkilatının əsl mahiyyətini daha gecikmədən və bölgənin suriyalı kürdləri də daxil olmaqla, bölgənin qədim ünsürlərinin daha çox əziyyət çəkməsinə səbəb olmadan görsünlər.
Xatırladaq ki, avqustun 27-də PKK/YPG-nin Deyr əz-Zor Hərbi Şura qruplaşmasının lideri Əhməd əl-Habili saxlamasından sonra başlayan qarşıdurmalar bəzi ərəb qəbilələrinin də iştirakı ilə genişlənib.
Ərəb tayfaları qarşıdurmada 24 kəndi PKK/YPG-dən təmizləyib .