Tarix : 2023 Sep 04
Kod 63896

Rəisi: Terrorla mübarizənin ən təsirli yolu region ölkələrinin milli suverenliyinə hörmət etməkdir

Prezident terrorizmlə mübarizənin ən təsirli yolunu regiondakı bütün ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək olduğunu bildirərək deyib: “İstənilən hökumətin bütün əraziləri üzərində milli suverenliyinin səmərəli tətbiqi terror və anti-təhlükəsizlik fəaliyyətinin qarşısının alınması üçün ən yaxşı yoldur.”
arannews:irna-Ayətullah Seyid İbrahim Rəisi bazar günü axşamüstü Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə görüşdə iki ölkənin mədəni və tarixi ortaqlığına istinad edərək cənab Ərdoğanın yeni prezidentliyi dövründə iki ölkə arasındakı əməkdaşlığın səviyyəsinin yüksələcəyinə və iki tərəf arasında regional və beynəlxalq əlaqələrin güclənməsinə gətirib çıxaracağına ümid etdiyini bildirib.
Prezident həmçinin Türkiyənin bölgədəki təhlükəsizlik narahatlıqlarına toxunaraq, terrorizmlə mübarizənin ən təsirli yolunu regiondakı bütün ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək olduğunu vurğulayaraq deyib: “İstənilən hökumətin bütün əraziləri üzərində milli suverenliyinin səmərəli tətbiqi terror və anti-təhlükəsizlik fəaliyyətinin qarşısının alınması üçün ən yaxşı yoldur.”

Əcnəbi ölkələrin müxtəlif regionlarda, o cümlədən Qafqazda mövcudluğuna qarşı durmağı zəruri hesab edən Rəisi problemlərin hər bir region ölkələri arasında dialoq və əməkdaşlıq yolu ilə həllini vurğulayıb.

Prezident görüşün davamında Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının aktivləşdirilməsini iki ölkə arasında ticarət əlaqələri yolunun hamarlanması və qarşılıqlı imkanların mübadiləsi baxımından səmərəli hesab edib.

Bu görüşdə Türkiyənin Xarici İşlər naziri Hakan Fidan da İran və Türkiyənin bir-biri ilə əməkdaşlıq və qarşılıqlı əlaqələri genişləndirmək və gücləndirmək üçün böyük imkanlara malik olduğunu bildirərək, iki ölkə arasında ticarət mübadilələrinin səviyyəsini 30 milyard dollara çatdırmaq məqsədinə nail olmağı mümkün hesab edib, Türkiyənin bunu reallaşdırmaq əzmində olduğunu vurğulayıb.

Türkiyənin Xarici İşlər naziri iki ölkə arasında qarşılıqlı fəaliyyət səviyyəsinin genişləndirilməsinin İran və Türkiyə liderlərindən xüsusi diqqət və dəstək tələb etdiyini bəyan edərək, İran İslam Respublikasının bu ölkənin BRİKS qrupuna üzvlüyünə dəstək verməsini, eləcə də regional məsələlərin həlli sahəsində iki ölkə arasında dialoq və əməkdaşlıq olunmasını xahiş edib.

 

  • Yazılıb
  • da (də) 2023 Sep 04
  • Göndərən رضا رستمی