İranın Səudiyyə Ərəbistanındakı yeni səfiri missiya yerinə yola düşməsi ərəfəsində Xarici İşlər naziri ilə görüşüb və iki ölkə arasında əlaqələr sahəsində qarşıdakı planlar haqqında məlumat verib.
arannews:irna-bu görüşdə Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan qonşuluq siyasətinin inkişafı və dərinləşməsini vurğulayaraq, ikitərəfli və çoxtərəfli sahələrdə əməkdaşlıq imkanlarına diqqət etməklə, İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin gücləndirilməsini vacib hesab edib. Əlirza İnayəti əvvəllər İranın Ər-Riyaddakı səfirinin müavini, ölkəmizin Küveytdəki səfiri, Fars körfəzi məsələləri üzrə Baş direktor və nazir köməkçisi vəzifələrində çalışıb.