Tarix : 2023 Sep 04
Kod 63898

Türkiyə Xarici İşlər naziri: Yaxın günlərdə İran Prezidentini qarşılamağa hazırıq

Türkiyə Xarici İşlər naziri deyib: “İran-Türkiyə Ali Şurasının 8-ci iclası çərçivəsində İran Prezidentini qarşılayacağıq.”
arannews:irna- Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bazar günü iranlı həmkarı ilə birgə mətbuat konfransında deyib: “Bu gün Türkiyənin Xarici İşlər naziri kimi ilk dəfə İrana səfər edirəm. İranın Xarici İşlər nazirinə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edirəm. İranla Türkiyə arasında tarixi bağlılıqlar mövcuddur.”
H. Fidan vurğulayıb: “İki ölkə tam sülh şəraitində yaşayır. Türkiyədə baş verən zəlzələdə bir daha həmrəyliyimizi göstərdik və İrana təşəkkür edirik. Dəyişikliklər və sosial böhranlar əlaqələrimizin əhəmiyyətini artırır.”

Türkiyə Xarici İşlər naziri əlavə edib: “İran-Türkiyə Ali Şurasının 8-ci iclası çərçivəsində yaxın günlərdə Ankarada cənab Rəisini qarşılayacağıq.”

O bildirib: “Biz ümumi sərhədlərin təhlükəsizliyi, terrorla mübarizə, nəqliyyat və digər məsələləri müzakirə etdik, terrorla bağlı həssaslığımızı qeyd etdik.”

H. Fidan daha sonra deyib: “Ticarət həcminin artırılması istiqamətində atılacaq addımları da müzakirə etdik. Biz kənd təsərrüfatı və nəqliyyatın sərhəd ticarətində ölkələrimizin mövqeyini ortaya qoyduq. Görüşümüzdə enerji sahəsində əməkdaşlıq haqda da danışdıq. Ümumi anlaşma yolu ilə məsələləri həll edə biləcəyimizə ümid edirəm.”

“İran və Türkiyə regionun iki güclü ölkəsidir və bu, bizim məsuliyyətimizi artırır. Suriya məsələsi ilə əlaqədar olaraq nələrin edilə biləcəyini araşdırdıq. Suriyadan gözləntilərimiz tam bəllidir. Biz Suriya vətəndaşlarını tam təhlükəsiz şəkildə ölkələrinə qaytarmaq istəyirik” deyə, o bildirib.

H. Fidan deyib: “Terrorizm və PKK (Türkiyə Kürdüstan Fəhlə Partiyası) ilə mübarizədə daha çox əməkdaşlıq etmək istəyirik və Suriya hökuməti daha çox əməkdaşlıq etməlidir. Əminəm ki, bu, Suriyanın etməli işlərindən biridir. İraq məsələsində də terrorizm və islamofobiya ilə mübarizədən danışdıq.”

 

  • Yazılıb
  • da (də) 2023 Sep 04
  • Göndərən رضا رستمی