Tarix : 2023 Sep 05
Kod 63900

Fələstin müqavimətinin Qəzzada yeni raket sınaqları - Video

Fələstin müqavimət qüvvələri hərbi bacarıqlarını gücləndirmək məqsədilə bazar ertəsi günü yeni raket sınaqları həyata keçirib.

 

arannews:irna- müqavimət qüvvələri qısa zaman ərzində Qəzza zolağının şimalından dənizə doğru iki raket atıb. Daha sonra Qəzza zolağının Rəfah bölgəsindən dənizə doğru çoxlu sayda raket atılıb.
Son həftələrdə müqavimət qüvvələrinin raket sınaqlarının sayı artıb. Bu da, raketlərin və onların yeni raket layihələrinin artan inkişafı və təkmilləşdirilməsini göstərir.

Fələstin müqavimət qrupları sionist rejimin istənilən təcavüzü ilə üzləşməyə və bu rejimin Fələstin xalqına qarşı cinayətlərinə cavab verməyə hazır olduqlarını vurğulayırlar.
Ötən bir neçə döyüşdə müqavimət raketləri işğal olunmuş ərazilərdə sionistlərin həyatını iflic etməkdə öz effektivliyini sübut edib.
 
  • Yazılıb
  • da (də) 2023 Sep 05
  • Göndərən رضا رستمی