Tarix : 2023 Sep 07
Kod 63905

Ayətullah Xamenei müsəlman gənclərə müraciət edərək: Mənəviyyat, həqiqət və tövhid hakimiyyəti yolunda möhkəm addım atın

Ərbəin günü ilə eyni vaxtda bu gün səhər saatlarında çoxlu sayda tələbə heyətlərinin iştirakı ilə İslam İnqilabının Ali Rəhbərinin hüzurunda əzadarlıq mərasimi keçirilib. Mərasimdə həzrət Əba Abdullah Hüseyn (ə) və onun vəfalı səhabələrinin əzadarlığında mərsiyə və Ərbəin ziyarəti oxunub. Mərasimin sonunda İnqilabın Ali Rəhbərinin imamlığı ilə zöhr və əsr namazları qılınıb.
arannews:irna-Həzrət Ayətullah Xamenei iki namaz arasında qısa bir çıxışında gənclərin ümid mənbəyi olduğunu vurğulayaraq, Nəcəfdən Kərbəlaya, eləcə də ölkənin digər şəhərlərində Ərbəin yürüşündə insanların, xüsusilə də gənclərin möhtəşəm iştirakına işarə edib və gənclərə müracət edərək deyib: “Ərbəin yürüşü yolunda mətinliklə hərəkət etdiyiniz kimi, tövhid hakimiyyəti yolunda da möhkəm və əzmkar olun, həmişə hüseynçi yaşayın və hüseynçi olaraq qalın.”
İslam İnqilabının Ali Rəhbəri əlavə edib: “Siz gənclər bu gün ümid mənbəyi ola bilərsiniz və ümid mənbəyisiniz. Bu gün hər biriniz ətrafınızdakı yol üzərində və öz ətrafınız üçün işıqlı məşəl ola bilərsiniz. Bunu qorumağa səy edin. Bu yolda dözüm göstərməyə çalışın.”O, daha sonra deyib: “İnşallah, siz gənclər, bu möhtəşəm Ərbəin yürüşlərində güc və gəncliklə getdiyiniz eyni iradə ilə, bütün işlərinizdə mənəviyyat, həqiqət və tövhid hakimiyyəti yolunu eyni möhkəmliklə gedə biləcəksiniz.”

​​​​​​
  • Yazılıb
  • da (də) 2023 Sep 07
  • Göndərən رضا رستمی
Açar sözlər