SEPAH Kəşfiyyat Təşkilatı və Kəşfiyyat Nazirliyi birgə bəyanatda iğtişaşları təşkilatlandıran şəbəkəyə ciddi zərbə vurduqlarını açıqlayıb.
arannews:irna- Kəşfiyyat Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusu Kəşfiyyat Təşkilatı birgə yaydığı bəyanatda İmam Zamanın naməlum əsgərlərinin birgə məlumatı nəticəsində iğtişaşlar təşkil edən şəbəkənin bir sıra üzvlərinin müəyyən edildiyini və zərbə altına alındığını açıqlayıb.
Kəşfiyyat Nazirliyi və SEPAH Kəşfiyyat Təşkilatının bəyanatının mətni belədir:
İranın hörmətli xalqına bildiririk ki, SEPAH Kəşfiyyat Təşkilatı və Kəşfiyyat Nazirliyinin İmam Zamanın (əc) naməlum əsgərlərinin birgə məlumat təqibi ilə, iğtişaşlar təşkil edən şəbəkənin bir neçə üzvü müəyyən edilərək zərbə altına alınıb.
ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, Azadlıq Evi Müəssisəsi və Demokratiya üçün Zorakılığa Qarşı Mübarizə Müəssisəsinin istiqamətləndirməsi və xarici siyasi ünsürlərdən birinin rəhbərliyi ilə qadınların şəbəkələndirilməsi və iğtişaşlarda rol oynamasını planlaşdıran bu şəbəkənin üzvləri qadınlar və vətəndaş cəmiyyəti fəalları üçün virtual və pulsuz kurslar təşkil etməklə, ölkə daxilində və xaricində ünsürlər yetişdirməklə məşğul idilər.
Bu ilin iyul ayında xaricdəki qadın fəallar üçün İngiltərənin SOAS Təhlükəsizlik Universitetində düşmən mediaların jurnalistlərindən biri tərəfindən təşkil olunmuş sonuncu təlim seminarını keçirən bu qurum, cari il sentyabrın 7-si və 14-ü iki gün ərzində kiberməkan platformasında bir qrup vətəndaş fəalı və qadının iştirakı ilə məxfi kursun keçirilməsini planlaşdırırdı.
Əldə edilən məlumatlara əsasən, bu kursların keçirilməsində məqsəd gərginlik və iğtişaş atmosferini canlandırmaq üçün daxili iğtişaşçılara proqram vermək və onlarda hazırlıq yaratmaq olmuşdur.