Tarix : 2023 Sep 10
Kod 63913

İranın hərbi heyəti Azərbaycan rəsmiləri ilə görüşüb və Qarabağ şəhidlərinin xatirəsini ehtiramla yad edib

İran nümayəndə heyəti Ermənistanın bölgədə sabitlik və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətindən narahatlığını ifadə edib.
aranneüs: irna-.Azərbaycan Birgə Hərbi və Müdafiə Əməkdaşlığı Komissiyasının 3-cü raundunun keçirilməsi məqsədilə yüksək səviyyəli hərbi nümayəndə heyətinin müşayəti ilə Bakıya səfər etmiş İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin beynəlxalq əməkdaşlıq üzrə müavini general-mayor Məhəmməd Əhədi Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin köməkçisi Hikmət Hacıyev və Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb, ikitərəfli münasibətlərin inkişafı və dərinləşdirilməsi, xüsusilə müdafiə və hərbi sahələr, bəzi regional və beynəlxalq məsələləri müzakirə edib və fikir mübadiləsi aparıb. İran nümayəndə heyəti Şəhidlər Xiyabanına gedərək Qarabağ müharibəsində həlak olan əsgərlərin xatirəsini ehtiramla yad edib.
İran nümayəndə heyəti Ermənistanın bölgədə sabitlik və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətindən narahatlığını ifadə edib.
  • Yazılıb
  • da (də) 2023 Sep 10
  • Göndərən رضا رستمی