Russia Today saytı “Sberbank”-a istinadən xəbər verib ki, bu maliyyə qurumu öz müştəriləri üçün İrana pul köçürməsinə şərait yaradıb. İRNA-nın məlumatına görə, Sberbank-ın yeni elanında bildirilir ki, bu bankın fiziki və hüquqi müştəriləri öz hesabları vasitəsilə İrana pul köçürə bilərlər.
arannews:irna-Məlamatda bildirilir ki, İrana pul köçürməsinə tələbatın məbləği hələ müəyyən edilməyib və turistlər Rusiya bankının bu yeni xidmətinin əsas müştəriləridir.Sberbank-ın elanında İranın Pasargad Bankına rublun köçürülməsi üçün komissiyanın 1٪ təşkil etdiyi bildirilir.Russia Today-in məlumatına görə, Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank (VTB) ötən ilin payızının sonundan İranda analoji xidmətə başlayıb və bu il yazın ortalarında ilk filialını açıb. 2022-ci ildə İran və Rusiya arasında mal və xidmət mübadiləsinin dəyəri 15٪artaraq 4 milyard 600 milyon dollara çatıb və İrana gedən rusiyalı turistlərin sayı da 2023-cü ilin birinci rübündə 2019-cu illə müqayisədə təxminən dörd dəfə artıb.