Təhlükəsizlik (Ettelaat) naziri son dövrdə 400 bombanın aşkar edilərək zərərsizləşdirildiyini açıqlayıb və bildirib ki, Məhərrəm ayında partlatmaq üçün 40 bomba nəzərdə tutulmuşdu.
arannews: İRNA-nın hökumət müxbiri Höccətül-İslam vəl-Müslimin Seyid İsmail Xətib televiziyanın “Bedune-təvəqqof” (Dayanmadan) proqramında çıxış edərkən qarışıq müharibə və təhlükəsizlik məsələlərini müzakirə edib və Təhlükəsizlik Nazirliyini İslam İnqilabının bəhrəsi, ölkənin təhlükəsizliyi və hakimiyyətinin qoruyucusu hesab edib.
O, sözlərinə belə davam edib: “Keçən il bir hadisə baş verdi və biz proqnozlaşdırmışdıq ki, üçbucaqlı xaricdəki kəşfiyyat xidmətlərinin beyin mərkəzləri, yarımhökumət təşkilatlarının və nizamın düşməni sayılan bəzi təşkilatların terrorçu və separatçı olduqlarına və keçmiş rejim hakimiyyətindən asılı olduqlarına görə, 2022-ci ilin əvvəlində qərar qəbul ediləcək planları var. Belə ki, bunların fakları və sənədləri mövcuddur. Ümid edirik ki, ictimaiyyətə təqdim olunması üçün onları seriala və filmə çevirə biləcəyik.
Təhlükəsizlik naziri bildirib: 50-dən çox kəşfiyyat xidməti müxtəlif ölkələrdə çoxsaylı görüşlər və dəyirmi masalar keçirib, 200-dən çox KİV-ə bu iş üçün təlim keçib və bunun köməyi ilə yarımhökumət təşkilatları öz təxribatlarını hazırlamaq və layihələndirmək üçün silsilə planlar hazırladılar, virtual aləm və medianın köməyi ilə ölkədə bu fitnə, iğtişaş və xaosu yaratdılar.
Höccətül-İslam vəl-müslimin Xətib əlavə etdi: 50 kəşfiyyat xidmətinin büdcəsi ölkənin bütün büdcəsindən çoxdur və onların məqsədi təxribatdır. Qonşu ölkələrdən biri İranla sərhəddə silah zavodu qurmuşdu və onun bütün məhsulları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir.
Təhlükəsizlik naziri bəyan edib: İraqın Kürdüstan bölgəsi ABŞ və sionist rejimin kəşfiyyat xidmətlərinin mərkəzinə çevrilib və oradakı bütün separatçılar dirçəldilir. Almaniya İranın əleyhdarlarının bayrağını bir yerə toplayır. Bunlar, kəşfiyyat xidmətlərinin İranın təhlükəsizliyinə qarşı fəaliyyətindən bir sıra nümunələrdir.
O, vurğuladı: Rəhbərin kütləvi amnistiyası göstərdi ki, biz ölkənin təhlükəsizliyini və əmin-amanlığını yaxşılaşdırmaq üçün zəmin yaratmalı, düşmənin əlini kəsməliyik. Düşmən istifadə etsin deyə, kimisə ölü qələmə vermək üçün fürsət axtarır.