Tarix : 2023 Sep 11
Kod 63919

Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
arannews:irna-Bu telefon danışığında iki ölkə başçıları regional məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını və Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

İki ölkə liderləri Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparıblar.

  • Yazılıb
  • da (də) 2023 Sep 11
  • Göndərən رضا رستمی