Səudiyyə Ərəbistanının Tehrandakı yeni səfiri İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb və etimadnaməsinin surətini ona təqdim edib.
arannews:irna-Səudiyyə Ərəbistanının İrandakı yeni səfiri Abdullah bin Səud əl-Ənzi bu gün (10 sentyabr) günorta saatlarında İran Xarici İşlər Nazirliyində ölkəmizin diplomatik aparatının rəhbəri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb. Görüşdə Abdullah Bin Səud əl-Ənzi öz etimadnaməsinin surətini ölkəmizin Xarici İşlər nazirinə təqdim edib.
Bu xəbərə görə, Abdullah Bin Səud əl-Ənzi Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə rəhbərlik etmək üçün ötən çərşənbə axşamı Tehrana gəlib.