Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında gərginlik üçtərəfli işçi qrupun işinə mənfi təsir göstərir, lakin danışıqlar davam edir.
arannews:Sputnik. Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin yeni görüşü bunun üçün şər yetişəndə baş tuta bilər. Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Biz daim işgüzar əlaqələr saxlayırıq. Şərait yetişsə, mütləq görüşəcəyik", - deyə o, Şərq İqtisadi Forumu 2023 əsnasında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında gərginlik baş nazir müavinlərinin sədrlik etdiyi Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrupunun işinə mənfi təsir göstərir.
"Vaxt keçir, biz yenidən qayıdıb oturaq və daha da işə başlayaq. Danışıqlar dayandırılmır, davam edir", - deyə Overçuk qeyd edib.
VIII Şərq İqtisadi Forumu 10-13 sentyabr 2023-cü il tarixlərində Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin (FEFU) kampusunda keçirilir.