Tarix : 2023 Sep 12
Kod 63925

Lavrov: Ermənistanın Amerika ilə birgə təlim keçirməsi təəssüf doğurur

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın ABŞ-la birgə təlim keçirməsinin təəssüf doğurduğunu bildirib.
arannews:irna-bazar günü axşam saatlarında “TASS”-a istinadən yaydığı xəbərə görə, Rusiyanın baş diplomatı vurğulayıb: “Rusiya NATO-nun Cənubi Qafqaza nüfuz etmək səylərindən müsbət nəticələr gözləmir.”
Rusiya Xarici İşlər naziri deyib: “Müharibə ardınca olan bir ölkənin Cənubi Qafqaza nüfuz etmək cəhdində müsbət məqam görmürük və inanırıq ki, bu məsələ heç kimə, o cümlədən Ermənistanın özünə də faydalı deyil.”

TASS xəbər agentliyinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi ötən həftənin çərşənbə günü Cənubi Qafqazın bu ölkəsinin ABŞ-ın iştirakı ilə sentyabrın 11-dən 20-dək “Qartal tərəfdaşı 2023” hərbi təlimi keçirəcəyini açıqladı.

İRNA-nın məlumatına görə, çərşənbə günü Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib: “İrəvanın Ermənistanla ABŞ arasında birgə hərbi təlim keçirmək planları, xüsusən indiki vəziyyətdə şübhə doğurur.”Mətbuat katibi qeyd edib ki, söhbət hərbi təlimdən gedirsə, bu, mövcud vəziyyətdə narahatlığa səbəb olur. Ona görə də biz bu xəbərləri dərindən təhlil edəcəyik və vəziyyəti izləyəcəyik.
​​​​​​
  • Yazılıb
  • da (də) 2023 Sep 12
  • Göndərən رضا رستمی