Tarix : 2023 Sep 12
Kod 63927

Ərdoğan və Paşinyan arasında söhbətdə bölgədə sülh və sabitliyin vacibliyi vurğulanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edib və regionda davamlı sülh və sabitliyin zəruriliyini vurğulayıblar.

 

arannews:irna-bazar ertəsi TRT Xəbər telekanalına istinadla verdiyi xəbərə görə, telefon danışığı zamanı tərəflər Türkiyə-Ermənistan münasibətləri, regional məsələlər barədə danışaraq, sülh və sabitliyin davam etdirilməsinin bölgənin bütün ölkələrinin inkişafı və rifahına kömək edəcəyini vurğulayıblar.
Məlumata görə, Ərdoğan və Paşinyan telefon danışığında bununla bağlı diplomatik səylərini davam etdirəcəklərini açıqlayaraq, hər iki tərəfin bir-biri ilə əlaqə saxlamağa davam edəcəyini bildiriblər.
Türkiyə mediası və Prezident Aparatının ictimaiyyətlə əlaqələr şöbəsi bu telefon danışığının təfərrüatlarını açıqlamasa da, bəzi qeyri-rəsmi türk mediası danışıqların əsas məqamları arasında Qarabağa görə Azərbaycan Respublikası ilə Ermənistan arasında son günlər yaşanan gərginliyə və Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsini qeyd edib.
  • Yazılıb
  • da (də) 2023 Sep 12
  • Göndərən رضا رستمی