Tarix : 2023 Sep 12
Kod 63928

Ayətullah Xamenei: Zorakı qüdrətlərin zəifləməsi və yeni güclərin meydana çıxması dünyada böyük dəyişikliklərdən xəbər verir

İnqilabın Ali Rəhbəri Sistan və Bəlucistan və Cənubi Xorasan əhalisi ilə görüşündə deyib: “Bu gün dünyada böyük bir dəyişiklik ya başlayır, ya da başlayıb. Bu gün elə bir gündür ki, bölgə xalqları müstəmləkəçilik dövründə və ya Birinci Dünya Müharibəsindən sonra olduğu kimi qafil olmamalıdır.”
arannews:irna-O, daha sonra deyib: “Bu dəyişiklik nədir? Onun əsas xətləri bir neçə şeydir. İlk növbədə dünyanın zorakı güclərinin zəifləməsi. Amerikanın zorakılıq gücü zəifləyib və getdikcə bu zəifləmə daha da artır. Bu dəyişikliyin digər əsas xətti yeni regional və qlobal güclərin meydana çıxmasıdır. Yeni güclər yaranır; istər regional güclər, istərsə də qlobal güclər.”
İslam İnqilabının Ali Rəhbəri vurğulayıb: “Amerika etnik fərqlər, dini fərqlər, gender və qadın məsələsi ilə İrana zərbə vurmaq istəyir.”

“Kəşfiyyat məlumatımızda deyilir ki, Amerikada “Böhran Qrupu” adlı qrup yaradılıb və bu qrupun missiyası ölkəmizdə də daxil olmaqla, ölkələrdə böhran yaratmaqdır”- deyə, o, bildirib.

Ali Məqamlı Rəhbər bu barədə əlavə edib: “Onların vəzifəsi böhran yaratma ehtimalı olan məqamları müəyyən etmək və bu məqamları təhrik etməkdir. Onlar araşdırıblar ki, İranda təhrik etməli olan bir neçə böhran nöqtəsi var; biri etnik fərqlər, biri dini fərqlər, biri gender və qadın məsələsidir.”

Həzrət Ayətullah Xamenei vurğulayıb: “Onlar bu məsələlərdən böhran yaratmaq və bu yolla əziz ölkəmizə zərbə vura bilmək niyyətindədirlər. Bu, Amerikanın proqramıdır və dəvə yuxuda çiyid görər!”

İslam İnqilabının Ali Rəhbəri deyib: “Düşmən düşmənçiliyində və plan qurmasında ciddidir, biz də düşmənlə qarşıdurmada çox ciddiyik.”

Bu görüşdə İslam İnqilabının Ali Rəhbəri bu gün dünyanın böyük dəyişikliklərinə hakim olan əsas xətlərdən danışdı. O dedi: “Amerika və Avropanın zorakılıq qüdrəti zəifləyib və yeni güclər meydana çıxır. Düşmənin planlarını nəzərdən qaçırmamalıyıq.”

O əlavə etdi: “Bu gün dünyada böyük bir dəyişiklik ya başlayır, ya da başlayıb. Bu gün elə bir gündür ki, bölgə xalqları müstəmləkəçilik dövründə və ya Birinci Dünya Müharibəsindən sonra olduğu kimi qəflətə düçar olmamalıdır.Bu dəyişikliyin əsas xətləri bir neçə şeydir: İlk növbədə dünyanın zorakı güclərinin zəifləməsi. Amerikanın zorakılıq gücü zəifləyib və getdikcə daha çox zəifləməkdədir. Bu dəyişikliyin digər əsas xətti yeni regional və qlobal güclərin meydana çıxmasıdır.”

İnqilabın Ali Rəhbəri çıxışının davamında dedi: “Onlar özləri Amerikanın dünyada nüfuz göstəricilərinin azaldığını deyirlər. Nə kimi? İqtisadiyyat kimi. Amerikanın qüdrətinin ən mühüm göstəricilərindən biri Amerikanın güclü iqtisadiyyatı idi; bunun tənəzzülə doğru olduğunu deyirlər. Biri də hökumətlərə müdaxilə imkanıdır. Amerika müxtəlif hökumətlərə müdaxilə edirdi. Bu gün həmin vəziyyət getdikcə zəifləməkdədir. Bu gün Amerika zərbə vurmaq istədiyi hökumətləri vurmaq üçün birləşmiş müharibə yaratmağa məcburdur, halbuki, birləşmiş müharibə onun üçün çox baha başa gəlir və sonda da nəticə vermir.”

Həzrət Ayətullah Xamenei dedi: “Avropanın tənəzzülünə gəlincə, vəziyyət bundan (Amerikada olduğundan) yaxşı deyil. Siz bu günlərdə Afrikada baş verənləri eşidirsiniz, Fransanın təsiri altında olan ölkələr bir-birinin ardınca Fransaya qarşı ayağa qalxır. Başda Amerika, sonra Avropa olmaqla qərb dövlətləri bu gün əvvəlki gücə malik deyillər, zəifləyirlər. Bu zəiflik getdikcə daha da artacaq. Gündən-günə yeni güclər meydana çıxır. Bu, böyük qlobal dəyişiklikdir.”

Ali Məqamlı Rəhbər vurğulayıb: “Düşmən zəifləyir dedikdə, məqsəd bu deyil ki, o, hiylə qura bilməz, düşmənlik edə bilməz, zərbə vura bilməz. Bunları edə bilər. Onlar plan cızmağa məşğuldurlar. Bizi yuxu aparmamalıdır, biz qafil olmamalıyıq.”

Düşmənin İslami İrana qarşı “hibrid müharibə” şəklində bu günkü məkrli planlarına toxunan İnqilabın Ali Rəhbəri dedi: “Diqqətli olun ki, düşmənin cədvəlini tamamlamayasınız. Əgər getdiyiniz yolun kafirləri sevindirdiyini görsəniz, deməli, Peyğəmbərin yanında deyilsiniz.”

Ayətullah Xamenei dedi: “Diqqətli olmalıyıq ki, yolu azmayaq, səhvə yol verməyək, haqqı batillə dəyişməyək. Quran bizə bir meyar vermişdir. Quran buyurur: “مُّحَمَّدٌ رَّسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ” (Mühəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar). Biz Peyğəmbərin yanındayıq, ya onun yanında deyilik? Yol budur. Əlaməti vardır. “وَالَّذِينَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ” (Onunla birlikdə olanlar kafirlərə qarşı sərtdirlər). Əgər getdiyiniz yolun kafirləri sevindirən yol olduğunu görsəniz, bilin ki, “kafirlərə qarşı sərt” deyilsiniz. Deməli, “Allahın Peyğəmbəri ilə birlikdə” deyilsiniz, onun yanında deyilsiniz.”

Ali Məqamlı Rəhbər çıxışının digər hissəsində dedi: “Diqqətli olmalıyıq. Nə dediyimizi, nə etdiyimizi bilməliyik. Dediklərimiz düşmənin planı istiqamətində olmamalıdır. Düşmən cədvəlini tamamlamayın. Bəzən ola bilər ki, insan qəflətə düçar olduğundan bir hərəkət edər, düşmən planının cədvəlini tamamlayan söz deyər. Bu təhlükəlidir. Bunun baş verməməsi üçün diqqətli olmaq lazımdır. Diqqətli olsaq, düşmən heç qələt edə bilməz.”

 

  • Yazılıb
  • da (də) 2023 Sep 12
  • Göndərən رضا رستمی
Açar sözlər