Fələstin müqavimət qrupları “Ər-Ruknuş-Şədid 4” adlı milli və birgə təlimlərinə raket atmaqla başlayıb.
arannews:irna-Fələstin müqavimət qüvvələri bu gün səhər saatlarında başladığı təlim çərçivəsində dənizə doğru bir neçə raket atıb.
Bu təlim Qəzzada müqavimətin hazırlığının təkmilləşdirilməsi və dəyərləndirilməsi məqsədi ilə keçirilir.
Fələstin müqavimət qrupları 28 dekabr 2022-ci ildə Qəzza zolağının işğal olunmuş ərazilərlə sərhədlərində “Ər-Ruknuş-Şədid 3” adlı təlim keçirmişdi.
Bu təlim istənilən fövqəladə vəziyyətdə müqavimətin reaksiya sürətini qiymətləndirmək, döyüşçülərin əməliyyatlara və düşmənin təcavüzünə qarşı mübarizəyə hazırlığını yoxlamaq məqsədilə keçirilir.