Xarici İşlər naziri Daşkəndlə dostluq əlaqələrinin əhəmiyyətini vurğulayıb, İran və Özbəkistan prezidentlərinin münasibətləri inkişaf etdirmək istəyinə diqqət etməklə, mövcud imkanlardan istifadənin zəruriliyini bildirib.
arannews:irna-İran İslam Respublikasının Özbəkistandakı yeni səfiri Məhəmməd Əli İskəndəri Daşkəndə yola düşməzdən əvvəl Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb və İran İslam Respublikasının Daşkənddəki səfirliyində qarşıdan gələn iş dövrü üçün planları təqdim edib. Bu görüşdə Əmir Abdullahiyan iki ölkə arasında dostluq əlaqələrinin əhəmiyyətini vurğulayıb, İran və Özbəkistan prezidentlərinin münasibətləri inkişaf etdirmək istəyinə diqqət etməklə, mövcud imkanlardan istifadənin zəruriliyini bildirib.
Məhəmməd Əli İskəndəri əvvəllər informasiya idarəsinin müdiri, bina, əmlak və əmlaklaşdırma şöbəsinin müdiri, iqtisadi diplomatiya üzrə müşavir köməkçisi, ölkəmizin Qazaxıstan, Ukrayna və İrlandiyada nümayəndəliklərində müavin və katib vəzifələrində çalışıb.