Amerikanın İnformasiya Agentliyi Bloomberg öz mənbələrinə istinadən xəbər verib ki, İran və ABŞ arasında məhbusların mübadiləsi gələn həftə baş tutacaq.
arannews:irna-Bloomberg İnformasiya Agentliyi Vaşinqtondakı məlumatlı mənbələrə istinadən bildirib ki, İran və ABŞ arasında məhbusların mübadiləsinə dair əldə olunmuş razılığa əsasən, gələn həftənin bazar ertəsi günü danışıqlara uyğun ilk addımı atacaqlar. Məlumata görə, Ağ Evin adının çəkilməsini istəməyən yüksək səlahiyyətli rəsmilərinin sözlərinə görə, məhbus mübadiləsinin dəqiq tarixi hələ müəyyən edilməyib. Lakin bu, sentyabrın 18-i, dünya liderlərinin Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçiriləcək illik toplantısından bir gün əvvəl olacaq.
Bayden administrasiyası bazar ertəsi günü Konqresə məhbus mübadiləsini asanlaşdırmaq üçün konkret addımlar atdığını və beynəlxalq bankların ABŞ-ın sanksiyaları təhlükəsi olmadan Qətərə 6 milyard dollar köçürməsinə imkan verəcək güzəştlər verdiyini bildirdi.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə günü gecə elan edib: Cənubi Koreyada azad olunmuş İran vəsaitlərinin yaxın günlərdə Qətərdəki bank hesablarına köçürüləcəyini gözləyirik.
İranın bloklanmış aktivlərinin azad edilməsinə və Tehranla Vaşinqton arasında məhbusların mübadiləsinə başlanılması prosesi avqustun 10-da tərəflər arasında iki il davam edən dolayı danışıqlardan sonra elan edilib.
Bununla bağlı Amerika Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrien Uotson (Adrienne Watson) verdiyi açıqlamada ölkə məhbuslarının azadlığa buraxılmasına zəmanət verib və deyib: Bu proses davam edir və tezliklə tamamlanacaq.
İranın BMT-dəki nümayəndəliyi bu ayın 12-də İRNA ilə söhbətində ABŞ sanksiyalarından yayınmaqda qanunsuz ittihamlarla saxlanılan 5 iranlı məhbusun 5 amerikalı məhbusun azad edilməsi qarşılığında azadlığa buraxılması məsələsini təsdiqləyib və onların adlarını açıqlayıb.