Tarix : 2023 Sep 15
Kod 63944

Ayətullah Rəisidən Ərəbistanının kralı və vəliəhdinə ayrı-ayrı məktub

Səudiyyə Ərəbistanı mətbuatı cümə axşamı bildirib ki, Səudiyyə Ərəbistanının Kralı və Vəliəhdi İran İslam Respublikası Prezidentindən iki məktub alıb.
 

 

arannews:irna-Səudiyyə Ərəbistanının “Ukaz” qəzeti bu ölkənin Kralı Salman bin Əbdüləziz və Vəliəhdi şahzadə Məhəmməd bin Salmanın İran İslam Respublikasının Prezidenti Ayətullah Seyid İbrahim Rəisi tərəfindən ikitərəfli əlaqələr, onun müxtəlif sahələrdə möhkəmləndirilməsi və dəstəklənməsi yolları ilə bağlı iki məktub aldığını yazıb.
Bu xəbərə əsasən, bu iki məktubu İran İslam Respublikasının səfiri Əlirza İnayatinin Ər-Riyadda səfəri zamanı Xarici İşlər naziri Feysəl bin Fərhanın adından onun müavini Vəlid bin Əbdül-Kərim əl-Xərici qəbul edib.

Əl-Xərici Ər-Riyadda İran səfiri ilə görüşüb və ona yeni missiyasında uğurlar arzulayıb.

Bu görüşdə iki ölkə arasında ikitərəfli əlaqələr və ümumi maraqları təmin etmək üçün onların inkişaf etdirilməsi yolları müzakirə edilib.

Görüşdə Səudiyyə Ərəbistanının #Asiya məsələləri üzrə departamentinin baş direktoru Məhəmməd əl-Mütərfi də iştirak edib.
  • Yazılıb
  • da (də) 2023 Sep 15
  • Göndərən رضا رستمی